Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 23:01
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

17:32 11.11.2020

AB: "İstənilən həll yolunun davamlı olmasını təmin etmək lazımdır"

Avropa Birliyinin Ali komissarı və vitse-prezidenti Cozep Borellin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanatı yayılıb. AB-nin Bakıdakı nümayəndəliyinin yaydığı bəyanatda hərbi əməliyyatların dayandırılması alqışlanır.

"Bazar ertəsi günü Ermənistanla Azərbaycan arasında Rusiya vasitəçiliyi ilə razılaşdırılmış atəşkəs insan tələfatının qarşısını almağa kömək edəcək. Ümid edirəm ki, bu, məsələnin hərtərəfli şəkildə həll olunması yolunda ilk addımdır. İndi danışıqlar zamanı istənilən həll yolunun davamlı olmasını təmin etmək lazımdır. Avropa Birliyi ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərlik etdiyi formatı dəstəkləməyə davam edir, bu cəhdlərə və bütün Cənubi Qafqaz bölgəsinin dinc, firavan inkişafı üçün sazişlərin həyata keçirilməsinə töhfə verməyə hazırdır", – bəyanatda deyilir.

16:05 11.11.2020

Fransa Türkiyəni sanksiyalarla hədələyir

Türkiyə Azərbaycan və Ermənistanın Dağlıq Qarabağda müharibənin dayandırılması haqda bəyanatını qəbul etməlidir. Əks halda Avropa Birliyi Ankaraya qarşı əlavə sanksiyalar tətbiq edə bilər. Bunu Fransanın Xarici İşlər naziri Jan İv Lö Drian parlamentdə çıxışında deyib.

Nazirin sözlərinə görə, Türkiyənin aqressiv davranışı dekabrda AB-nin növbəti samitində müzakirə olunacaq.

"AB-nin 27 üzvü artıq belə bir qərar qəbul edib ki, Türkiyə davranışını dəyişməsə, ona qarşı sanksiyalara qədər addımlar atılacaq, artıq bu variantlar masanın üzərindədir", – Lö Drian vurğulayıb.

15:23 11.11.2020

Ərdoğan Rusiya ilə atəşkəs mərkəzinin razılaşdırıldığını bildirir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyir ki, noyabrın 11-də səhər Türkiyə və Rusiya atəşkəsə birgə nəzarət mərkəzi ilə bağlı razılaşma imzalayıblar. Onun sözlərinə görə, Türkiyə Qarabağda atəşkəsi monitorinq etmək üçün Rusiya ilə birlikdə həmin mərkəzdə işləyəcək.

Ərdoğan bunu hakim AKP-nin toplantısında bəyan edib. O, prezident İlham Əliyev başda olmaqla bütün azərbaycanlıları təbrik etdiyini, 28 illik işğalın bu razılaşma ilə başa çatdığını bildirib.

14:55 11.11.2020
Rusiya sülhməramlılarının Qarabağa gəlməsi nələr vəd edir? Keçmiş həmsədr bunları deyir
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Davamı

XS
SM
MD
LG