Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:48
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

16:27 13.11.2020

Yerevanın tənqidinə Kremlin cavabı

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Yerevana münaqişədə ciddi dəstək verməməsi barədə Ermənistanda səslənən tənqidi rədd edib. O, sözügedən ittihamı "tamamilə əsassız" adlandırıb.

"Rusiya heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi çərçivəsində öhdəliklərindən əl çəkməyib. Ermənistana hücum edən olsaydı, Rusiya müttəfiqini qorumaqdan ötrü hər şeyi edərdi", – Peskov vurğulayıb.

Peskov Rusiya hərbi vertolyotunun vurulması ilə bağlı Bakının üzrxahlığının Moskva tərəfindən qəbul edildiyini bildirib.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, bu insident "Azərbaycanla Rusiyanın münasibətlərinə ziyan vura bilməz".

16:26 13.11.2020
"Bayden Rusiya sülhməramlılarına etiraz edə bilər" Keçmiş ABŞ diplomatı P.Qobl şərh edir.
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00

16:25 13.11.2020

Makron: Fransa Qarabağda davamlı sülh üçün köməyə hazırdır

Fransa Prezidenti Emmanuel Makron deyir ki, o, Dağlıq Qarabağ münaqişəsinin davamlı və balanslı həllində köməyə hazırdır.

ATƏT-in Minsk qrupunun üzvü olan Fransa Moskvanın vasitəçilik cəhdlərindən kənar qalmış kimi görünür. Fransada 400 min-600 min erməninin yaşadığı bildirilir.

"Prezident döyüşlərin bitməsindən məmnunluğunu bildirməklə yanaşı, Ermənistan və onun xalqı ilə dostluğunu yada salaraq Dağlıq Qarabağda bütün tərəflər üçün ədalətli, davamlı və məqbul sülhün qurulmasına hazır olduğunu vurğulayıb", - Fransa prezidentinin idarəsi bəyanatında bildirib.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə noyabrın 12-də deyirdi ki, Fransa və ABŞ nümayəndələri Dağlıq Qarabağda münaqişə tərəfləri arasında əldə olunmuş razılaşmanın müzakirəsi üçün Moskvaya gələcək.

23:39 12.11.2020

Türkiyə milli müdafiə naziri: ‘Rusiyadan böyük bir heyət gəlir’

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Dağlıq Qarabağda sülh missiyasının müzakirə olunması üçün Rusiyadan böyük bir nümayəndə heyətinin Ankaraya gələcəyini deyib.

Sabah qəzetinin yazdığına görə hərbi büdcənin müzakirəsindən sonra jurnalistlərin suallarına cavab verən Türkiyə naziri deyib ki, bu görüş zamanı Dağlıq Qarabağda sülh missiyasının taktiki və texniki məsələləri, “kimin harda duracağı” məsələsi müzakirə olunacaq.

Hulusi Akar deyib ki, Türkiyənin bu münaqişənin çözümündəki məqəsdi “atəşkəsin davamlığı, iştirakın davam etməsi, sərhədlərin açılması və əhalinin rifahının yüksəldilməsidir”.

Türkiyənin bu münaqişədəki yeri barədə sualın cavabında nazir bildirib ki, Ankara “həm masa arxasında, həm də torpaq üstündə bu məsələnin tam içindədir”.

Davamı

XS
SM
MD
LG