Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 23:39
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

22:19 3.10.2020

“Madagiz işğaldan azad olunub”

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı, prezident İlham Əliyev bu gün, oktyabrın 3-də 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
“ Ona tapşırıq verdi ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş komandana öz təşəkkürünü bildirdi, Prezidenti əmin etdi ki, 1-ci Ordu Korpusu Ali Baş komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəkdir”, məlumatda yazılıb.

22:30 3.10.2020

Suqovşan (Madagiz) Tərtər rayon Çaylı kənd inzibati ərazi dairəsində kənddir.

Əvvəl bu kənd Ağdərə rayonuna daxil olub.Sonra Ağdərə rayonu ləğv edildiyindən Tərtər rayonun ərazisinə verilib.

1992-ci ildə işğaldan azad edilmişdi.1994-cü ilin aprelində yenidən işğala məruz qalmışdı.

22:47 3.10.2020

Prezident: “Azərbaycan Ordusu daha bir neçə kəndi işğalda azad edib”

“Bu gün ( oktyabrın 3-də) Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad edib.Qarabağ Azərbaycandır!”

Bunu da Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb

O, bir neçə saat əvvəl isə Madagizin işğaldan azad olunması ilə bağlı məlumat açıqlamışdı.Daha sonra isə həmin kəndin adını dəyişdiyini bildirmişdi.“2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır”, deyə o yazmışdı.

10:17 4.10.2020

Döyüşlərin davam etdiyi bildirilir

Xankəndi şəhərinin şimalından Azərbaycan Ordusu bölmələrinin mövqeləri və yaşayış məntəqələrinin son iki gün ərzində intensiv atəşə tutulduğu bildirilir.

Bu məlumatı oktyabrın 4-də saat 80-40-da Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.

Məlumatda qeyd edilib ki, beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə qarşı tərəfə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq bu hələ də davam edir.AMN vurğulayıb ki, buna qarşı adekvat tədbirlər görüləcək.

Nazirliyin bu məlumatdan dəqiqələr sonra yaydığı açıqlamada isə yazılıb ki, Ermənistan silahlı qüvvələri hazırda Xankəndi ərazisindən Tərtər şəhərini və Füzuli rayonunun Horadiz şəhərini raket atəşinə tutur.
Azərbaycan Ordusunun adekvat cavab tədbirləri görüyü bildirilir.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 14 kəndi və bəzi strateji yüksəklikləri işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildəbaşlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

Davamı

XS
SM
MD
LG