Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:24

Milli fəal Vədud Əsədi azadlığa buraxılıb


V.Əsədi bu il iyulun 22-də İranın Rəşt şəhərində həbs olunmuşdu
V.Əsədi bu il iyulun 22-də İranın Rəşt şəhərində həbs olunmuşdu
İran azərbaycanlılarının milli hüquqları uğrunda hərəkatın fəalı Vədud Əsədi avqustun 24-də azadlığa buraxılıb. Əsədinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, onu dövlətə qarşı çıxmaqda ittiham ediblər.
Vədud Əsədi deyir ki, ona həbsdə olduğu zaman işgəncə verilməsə də, ailəsi ilə görüşməyə icazə verməyiblər.
V.Əsədi bu il iyulun 22-də İranın Rəşt şəhərində həbs olunmuşdu. İyulun 23-ü isə onu Rəşt İnqilab Məhkəməsinə aparmışdılar.
Vədud Əsədi Ərdəbil Universiteti İslami Tələbə Cəmiyyətinin keçmiş rəhbəridir. O, tələbə qəzetlərindəki çıxışları ilə də tanınır.
Əsədi 2006-cı ilin mayında rəsmi «İran» qəzetində azərbaycanlıları tarakana bənzədən karikaturanın çapından sonra da həbs olunmuşdu.
Həmin vaxt universitetdə təşkil olunan etiraz tədbirinə və diskriminasiya əleyhinə aclıq aksiyasına qatılan Vədud Əsədini dörd aya yaxın həbsdə saxlasalar da, ona qarşı heç bir ittiham irəli sürməmişdilər.
XS
SM
MD
LG