Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:46

Qənimət Zahidin məhkəməsi təxirə salınıb


Qənimət Zahidin 300 səhifədən çox əlyazması ötən əsrin 80-ci illərindən Azərbaycanda baş verən proseslərdən bəhs edir
Qənimət Zahidin 300 səhifədən çox əlyazması ötən əsrin 80-ci illərindən Azərbaycanda baş verən proseslərdən bəhs edir
Sentyabrın 11-də Səbail Rayon Məhkəməsində «Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid Bayıl təcridxanasının rəhbərliyinə qarşı iddiasına baxılıb. Jurnalist bildirir ki, həbsxana rəhbərliyi onun əlyazmalarını müsadirə edib.

Cavabdeh tərəf isə problemi olduğunu bildirərək prosesə gəlməyib. Məhkəmə sentyabrın 25-nə qədər təxirə salınıb.
Jurnalistin vəkili Elçin Sadıqov məhkəmənin siyasi sifarişi yerinə yetirdiyini iddia edir.
Qənimət Zahidin 300 səhifədən çox əlyazması ötən əsrin 80-ci illərindən Azərbaycanda baş verən proseslərdən bəhs edir. Bundan əvvəlki prosesdə həbsxana təmsilçiləri bildirib ki, əlyazmalar məhv edilib.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid xuliqanlıqda günahlandırılıb, 4 il həbs cəzası alıb. Jurnalist isə peşə fəaliyyətinə görə həbs olunduğun bildirir. Beynəlxalq hüquq müdafiə təşkilatları onun və həbsdə olan daha iki jurnalistin dərhal azadlığa buraxılmasını tələb edən bəyanatlar veriblər.
XS
SM
MD
LG