Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:43

Orduda islahatlar dalana dirənib


Beynəlxalq Böhran Qrupu iddia edir ki, Azərbaycan ordusunda korrupsiyanı azaltmaq, idarəerməni yaxşılaşdırmaq lazımdır
Beynəlxalq Böhran Qrupu iddia edir ki, Azərbaycan ordusunda korrupsiyanı azaltmaq, idarəerməni yaxşılaşdırmaq lazımdır
Beynəlxalq Böhran Qrupu Azərbaycan ordusunda islahatlarla bağlı hesabat açıqlayıb. Hesabat müəllifləri bir sıra tövsiyələr də veriblər.

Beynəlxalq Böhran Qrupu iddia edir ki, Azərbaycan ordusunda korrupsiyanı azaltmaq, idarəerməni yaxşılaşdırmaq lazımdır. Təşkilat bildirir ki, Azərbaycan güclü ordu yaratmaq istəyir, hərbi büdcəni artırıb, əgər belədirsə, onda gərək idarəetməni də təkmilləşdirsin. İndiyə qədər orduda demokratiyanı və mülki nəzarəti artırmaq üçün heç bir siyasi arzu olmayıb. Belə bir arzu da görünməyib ki, ordudan elitanın maraqlarını müdafiə etmək üçün vasitə kimi istifadə vərdişlərinə son qoyulsun.

Prezident seçkiləri texniki cəhətdən yaxşı olsa da, indiki prezident üçün alternativ ortaya çıxarmadı, demokratikləşmənin dalana dirəndiyi şəraitdə, hərbi islahatlar da eyni taleyi yaşayır. Parlament hərbi xərclər üzərində nəzarəti həyata keçirə bilmir, müdafiə naziri də daxil olmaqla güc nazirlərini hesabat vermələri üçün parlamentə çağıra bilmir. Bundan başqa parlamentin özü saxtalaşdırılmış seçkinin məhsuludur deyə, həqiqətən demokratik təsisat olmaqdan uzaqdır. Orduda demokratik dəyişikliklər ümumi demokratikləşməyə kömək edə bilər. Amma bunun əlahiddə baş verməsi mümkün deyil. Əgər
Azərbaycan öz ordusunda islahatlar keçirmək istəyirsə, o, hökumət və cəmiyyətdə də ciddi dəyişiklərə nail olmalıdır.

Bakı Fərdi Əməkdaşlıq Planında iştirak etməklə bir ayağını NATO-ya tərəf atsa da, qəbul üçün arzunu aydın ifadə etmir, ABŞ, Avropa Birliyi, Rusiya və İran arasında balanslaşdırma siyasəti yürütdüyündən bu proqram çərçivəsində islahatlardan uzaqlaşıb
Bakı Fərdi Əməkdaşlıq Planında iştirak etməklə bir ayağını NATO-ya tərəf atsa da, qəbul üçün arzunu aydın ifadə etmir, ABŞ, Avropa Birliyi, Rusiya və İran arasında balanslaşdırma siyasəti yürütdüyündən bu proqram çərçivəsində islahatlardan uzaqlaşıb. Moskvanın Gürcüstana təcavüzü Bakını NATO ilə inteqrasiya səylərini artırmaqdan vaz keçməyə sövq edib.

Beynəlxalq Böhran Qrupu tövsiyə edir ki, hökumət parlamentin nəzarət gücünü artırsın, NATO ilə Fərdi Əməkdaşlıq Planını dərc edilməlidir ki, ictimaiyyət məlumatlandırılsın, Müdafiə Nazirliyində vətəndaş nəzarəti artırılmalıdır. Hərbi doktrina üzərində başa çatdırılmalıdır. Hərbi qaydalar beynəlxalq insan haqlarına uyğunlaşdırılmalı, ordu omdusmanı təsis edilməlidir. Tövsiyələrdən biri də beynəlxalq ictimaiyyətə aiddir. NATO Azərbaycanla hərbi əməkdaşlıqda demokratikləşməni əsas götürməlidir və Dağlıq Qarabağ problemi həll olunmayana qədər Fərdi Əməkdaşlıq Planından o yana keçməməlidir. ABŞ və Avropa Birliyi bu münaqişəni öz gündəliklərində daha önəmli yerə çıxarmalı və Rusiya ilə bir yerdə Azərbaycan və Ermənistan üzərində təzyiqi artırmalıdırlar ki, ölkələr ATƏT-in Minsk qrupunun təklif etdiyi prinsiplər çərçivəsində kompromislərə razılaşsın.

Azərbaycan Müdafiə Nazirliyi sənədlə tanış olmadığına görə mövqe bildirmədi.

Deputat Zahid Oruc isə Beynəlxalq Böhran Qrupu hesabatındakı bəzi məqamlarla razılaşdı. «Güc nazirləri parlamentdə hesabat verməyiblər. Ötən dövrdə belə təcrübə olmayıb. Amma iki ildir ki, hökumətin hazırladığı hesabatda silahlı qüvvələrlə bağlı məqamlar da əksini tapır. Ümidvaram ki, nazirin parlamentə hesabat verməsi qarşıdakı mərhələdə həll olunacaq. Amma Bu parlamentin gücünün müəyyənləşməsi üçün formul ola bilməz. Parlament Müdafiə nazirini parlamentə dəvət edə bilmirsə, gücü yoxdur demək deyil. Dəfələrlə Müdafiə nazirinin müavinləri Milli Məclisdə hesabat veriblər».

Zahid Oruc əlavə etdi ki, Azərbaycan hərbi doktrina, hərbi ombudsman məsələsi ilə bağlı Avropa təcrübəsini öyrənməyə çalışır:

«Parlamentin qapalı, hərbi xarakterli məlumatlarla tanışlığı, ordu idarəçiliyinin şəffaf idarə edilməsi yönündə qanunverici bazanın təkmilləşdirilməsi, orduda islahatların dərinləşdirilməsi, hesabatlılığın müntəzəm olması və başqa məsələlərlə bağlı işlər görülür».

Deputat hesabatda deyildiyi kimi parlamentin qeyri-demokratik yolla formalaşması haqda fikirləri rədd etdi.

Hərbi ekspert Üzeyir Cəfərov qrupun tövsiyələrini düzgün sayır. O, hesab edir ki, beynəlxalq təşkilat islahatlar istədiyi üçün belə tövsiyələr verir: «Amma hökumət tövsiyələrə əməl etməyə hazırdırmı, bunu zaman göstərəcək…»
XS
SM
MD
LG