Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:54

BMT rəsmisi: «Londondan gələn təsdiq cavabı təəccüblü olmadı»


Təşkilatın «quş qripi» üzrə koordinatoru Hanaa Singer «virusun nəzarət altında saxlanması üçün onun yayılma mənbəyini tapmaq vacibdir» - deyir
«Londondan gələn təsdiq cavabı təəccüblü olmadı. Biz bilirdik ki, virusa ölkədəki vəhşi quşlar tutulub, kommersiya quşçuluq fermaları və insanlar bu xəstəliyə yoluxa bilər». BMT Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi və təşkilatın «quş qripi» üzrə koordinatoru Hanaa Singer belə deyib. BMT-nin Azərbaycandakı nyümayəndəliyinin yaydığı məlumata görə, xanım Singer deyib ki, hazırda virusun nəzarət altında saxlanması üçün onun yayılma mənbəyini tapmaq vacibdir: «Bizim bu işdə bütün icmanın əməkdaşlığına ehtiyacımız var».

«Yeni virusa tutulma hallarının qarşısının alınması üçün bu riskin azaldılması vacibdir». Bunu isə, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ofisinin rəhbəri Pavel Urso söyləyib. O, bildirib ki, xüsusilə yoluxma halları olan ərazidə əhali özünü və ailə üzvlərini müdafiə etmək üçün sadə tədbirlərdən istifadə etməlidir.


Azərbaycanda insanlarda «quş qripi» virusunun olmasını martın 21-də Ümumdünya Səhiyyə Təşkilatı elan edib. Qurumun məlumatına görə, London laboratoriyasına göndərilmiş 11 nəfərin qan nümunələrinin müayinəsi 7 nəfərin sözügedən virusa yoluxduğunu aşkarlayıb. Onlardan artıq beş nəfəri – Salyandan dörd, Tərtərdən isə bir nəfər dünyasını dəyişib. İki nəfər isə müalicə olunur.


XS
SM
MD
LG