Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:42

İlham Əliyev «Şahdəniz» layihəsi üzrə tikilən platformaya baş çəkib


Bakıda «Şahdəniz» qaz ixrac layihəsi üzrə tikilən TPG-500 özüqalxan platformasının inşası başa çatıb. Prezident İlham Əliyev martın 22-də bu münasibətlə keçirilən mərasimdə iştirak etmək üçün platformanın inşa edildiyi Zığ tikinti-quraşdırma sahəsində olub.

«AzərTAc» xəbər verir ki, podratçı şirkət olan TMOL-un icraçı direktoru Pyer Kerqustanq, bp-nin vitse-prezidenti Fil Houm və başqaları görülən işlər, «Şahdəniz» layihəsi və TPG-500 platforması barədə dövlət başçısına məlumat veriblər.


Bir neçə gündən sonra dənizə aparılacaq platforma dünyada ən nəhəng qurğulardandır. Ümumi çəkisi 32 min tondur. İşə cəlb olunan təxminən 3500 nəfərin 80 faizindən çoxunu Azərbaycan vətəndaşları təşkil edib. İlham Əliyev görülən işlərin çox sevindirici, ölkə üçün faydalı olduğunu söyləyib və fəhlələrlə görüşüb.


XS
SM
MD
LG