Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:01

Müsavatçılara imza toplamağa qadağa qoyulub


Martın 18-də keçiriləcək referendumda Konstitusiyaya bir sıra dəyişikliklər təklif edilir
Martın 18-də keçiriləcək referendumda Konstitusiyaya bir sıra dəyişikliklər təklif edilir
Müsavatçılara imza toplamağa qadağa qoyulub. Partiya nümayəndələrini Kəpəz rayon polisi təhdid edib.

Müsavat Partiyasının regional kuratoru Cahangir Əmirxanlı «Azadlıq» radiosuna deyib ki, yanvarın 19-u səhər saatlarında o və partiyanın Gəncə rəhbəri Oqtay Zeynalov Kəpəz rayon Polis İdarəsinə çağırılıb:

«Əvvəla, bizə çayxanada yığıncaq keçirməyimizi irad tutdular. Biz də dedik ki, yerimiz yoxdur, neyləyə bilərik. Altı gün əvvəl təşəbbüs qrupumuzla birgə müşavirə keçirmək üçün icra hakimiyyətinin ictimai-siyasi şöbəsinə də müraciət etmişdik. Bizə icazə versələr də, yer vermədilər. Biz də üzvlərimizdən birinin evində toplaşdıq. İndi də bizi hədələyirlər ki, əgər referendumla bağlı imza toplamağa cəhd etsəniz, bizdən ınciməyin, sizin üçün pis olacaq».

Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin rəisi Ağahüseyn Məmmədov isə deyilənləri təkzib edir:

«Onlar səhv məlumat verirlər. Biz onlara nə imza toplamamaları, nə də iclas barədə heç bir tapşırıq verməmişik».

Partiya nümayəndələri isə nə qədər hədələnsələr də, imza toplamağa və müşavirələr keçirməyə davam edəcəklərini deyirlər.

Müsavat Partiyası martın 18-də keçiriləcək referendumla bağlı «Respublikaçılar» adlı təşəbbüs qrupu yaradıb. Qrup Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmək üçün 40 min imza toplamalıdır.

Martın 18-də keçiriləcək referendumda Konstitusiyaya bir sıra dəyişikliklər təklif edilir.

Bu dəyişikliklər içərisində bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağanın götürülməsi təklifini müxalifət monarxiya qurmaq cəhdi hesab edir.
XS
SM
MD
LG