Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:40

Ərdoğan «Nabucco»ya dəstək söz verdi


Avropaya alternativ yolla qaz daşıyacaq "Nabucco" layihəsi
Avropaya alternativ yolla qaz daşıyacaq "Nabucco" layihəsi
Avropa Birliyi və Türkiyə “Nabucco” kəmərinin vacib layihə olduğunu bildiriblər. Brüsseldə səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo ilə keçirdiyi mətbuat konfransında deyib ki, Ankara bu lyihənin həyata keçirilməsinə bütün dəstəyi verəcək.

Günün əvvəlində Ərdoğan bildirmişdi ki, Türkiyənin Avropa Birliyinə üzvlük danışıqları bərpa olunmasa, “Nabucco” kəmərinə verdikləri dəstəyə yenidən baxa bilərlər.

Yaxın dörd-beş ildə tikilməsi nəzərdə tutulan 12 milyard dollarlıq “Nabucco” kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Türkiyə vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur. Avropa həmin kəməri özünün Rusiya qazından asılılğının aradan qaldırılmasında əsas layihə hesab edir.

Türkiyənin Avropa Birliyinə üzvlük danışıqlar 2005-ci ildə başlamışdı. Amma sonradan Kipr problemində Avropa ilə anlaşılmazlıq üzündən danışıqlar dayandı.
XS
SM
MD
LG