Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:36

Diplomatlar İsmayıl Hüseynovun ailəsində olublar


Oğlunun polisin təzyiqinə məruz qalmasına etiraz edən İsmayıl Hüseynov bir müddət əvvəl məcburən psixi dispanserə yerləşdirilmişdi
Oğlunun polisin təzyiqinə məruz qalmasına etiraz edən İsmayıl Hüseynov bir müddət əvvəl məcburən psixi dispanserə yerləşdirilmişdi
Yanvarın 27-i ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coanna Qanson və Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Piter Semnebinin müşaviri Kler Delessard Naxçıvanda səfərdə olublar.
Səfər zamanı onlar Muxtar Respublikanın hökumət, siyasi partiya və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüblər.
Səfərin əsas məqsədi Naxçıvanda insan haqlarının pozulması ilə bağlı yerli mətbuatda gedən yazıları araşdırmaq olub.

Diplomatlar hökumət nümayəndələri ilə görüşlərində Naxçıvanda insan haqlarının pozulması ilə bağlı məlumatlardan narahatçılıqlarını bildiriblər.
Səfər çərçivəsində səfirliyin əməkdaşları həmçinin «Azadlıq» radiosunun əməkdaşı Məlahət Nəsibova və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşları ilə də görüşüblər.
Diplomatlar Naxçıvanın Sədərək rayonu Heydərabad qəsəbəsində yaşayan İsmayıl Hüseynovun ailəsində də olublar.
Oğlunun polisin təzyiqinə məruz qalmasına etiraz edən İsmayıl Hüseynov bir müddət əvvəl məcburən psixi dispanserə yerləşdirilmişdi. Hadisəni araşdırmaq istəyən «Azadlıq» radiosunun və RATİ-nin əməkdaşları isə təzyiqlərə məruz qalmışdılar.
XS
SM
MD
LG