Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:04

Qırğızıstan Manas hərbi bazasını ABŞ-ın üzünə bağlayır


Pentaqon ümid edir ki, danışıqlar davam etdiriləcək
Pentaqon ümid edir ki, danışıqlar davam etdiriləcək
Qırğızıstan bundan sonra Amerikaya Manas hərbi hava bazasından Əfqanıstandakı əməliyyatlar üçün istifadə etməyə icazə verməyəcək. Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Moskvada rusiyalı həmkarı Dmitri Medvedevlə görüşündən sonra belə deyib.
Bakiyev bildirir ki, Vaşinqton sözügedən bazadan istifadə etdiyinə görə daha yaxşı kompensasiya ödəmək iqtidarında deyil.

Dmitri Medvedevlə görüşdə Rusiya prezidenti Qırğızıstana 2 milyard dollar kredit və yardım vəd edib.

Birləşmiş Ştatların Əfqanıstanda hərbi əməliyyatları üçün müdafiə mərkəzi olan Manas hərbi hava bazasında 1200-ə yaxın amerikalı hərbçi var. Medvedev deyib ki, Qırğızıstanın qərarına baxmayaraq, hər iki ölkə Amerika ilə Əfqanıstan məsələsində əməkdaşlığı davam etdirəcək.

Birləşmiş Ştatlardan bildiriblər ki, Qırğız hökumətindən hələ ki bazanın bağlanması ilə bağlı bildiriş almayıblar və Pentaqon ümid edir ki, bu istiqamətdə danışıqlar davam etdiriləcək. Dövlət Departamentindən onu da deyiblər ki, bazanın bağlanması qərarı Əfqanıstanda hərbi əməliyyatların dayandırılmasına səbəb olmayacaq.
XS
SM
MD
LG