Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:55

Hollandiya parlamentinin qarşısında referendum əleyhinə aksiya keçirilib


Mitinqin qətnaməsi Hollandiya parlamentinə təqdim olunub
Mitinqin qətnaməsi Hollandiya parlamentinə təqdim olunub
Fevralın 4-də Hollandiyada yaşayan azərbaycanlılar parlament binası qarşısında martın 18-də Azərbaycanda keçiriləcək referendumla əlaqədar etiraz aksiyası keçiriblər.

«Media forum»a məlumat verən aksiya iştirakçılarından Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqının sədri Eldəniz Yusibovun sözlərinə görə, Azərbaycan və Hollandiya bayraqları, «Azad cəmiyyət, azad dövlət!», «Diktaturaya yox deyirik!» şüarlarıyla keçirilən aksiyada konstitusiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan referendumun demokratik prinsiplərə zidd
olduğu vurğulanıb.

Piketdə çıxış edən Eldəniz Yusibov, «Azəriyunayted» təşkilatının sədri Əli Hacılı, Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Samit Məmmədov, Almaniyadan mitinqə qatılan Mehdi Xəlilbəyli, «Odlar Yurdu» təşkilatının sədri Rəşad Sadıxov referendumun ölkədə monarxiya yaratmaq və Qarabağın itirilməsinə zəmin hazırlamaq xarakteri daşıdığını bildiriblər.

Aksiya iştirakçıları Azərbaycan mətbuatının vəziyyətini əks etdirən sənəd hazırlayaraq Hollandiya parlamentinin üzvlərinə və mitinq iştirakçılarına yayıblar. Mitinqin qətnaməsi də Hollandiya parlamentinə təqdim olunub.

Parlament rəhbərliyindən aksiyanın təşkilatçılarına məlumat veriblər ki, gələn həftə Hollandiya parlamentinin Avropa Birliyi və Avropa Şurasındakı deputatlarının və XİN təmsilçilərinin iştirakıyla Azərbaycanda insan haqlarının vəziyyəti və referendumla bağlı müzakirələr keçiriləcək.
XS
SM
MD
LG