Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:34

Azərbaycanın AB-nin «Qonşuluq siyasəti» proqramı üzrə fəaliyyət planı hazırdır


Bunu «Üçlüyü»n rəhbəri, Avstriyanın Xarici İşlər Nazirliyində dövlət naziri Hans Vinkler deyir

Azərbaycanın Avropa Birliyinin (AB) «Qonşuluq siyasəti» proqramı çərsivəsində fəaliyyət planı hazırdır. Missiyanın növbəti səfərindən sonra həmin planı tam qəbul etmək olar. Bakıda səfərdə olan Avropa Birliyi «Üçlüyü»nün aprelin 22-də keçirdiyi mətbuat konfransında missiyanın rəhbəri, Avstriyanın Xarici İşlər Nazirliyində dövlət naziri Hans Vinkler belə deyib. Cənab Vinkler bildirib ki, onlar səfər çərçivəsində prezident, Milli Məclisin sədri və Xarici İşlər naziri ilə görüşüblər. Bu görüşlərdə əsasən AB və Azərbaycanın Avropa «Qonşuluq siyasəti» proqramında fəaliyyəti, enerji məsələləri və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Cənab Vinkler deyib ki, Qarabağ probleminin Azərbaycan xalqına necə böyük faciələr gətirdiyini bilirlər və bu münaqişənin beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmasının tərəfdarıdırlar.

«Üçlük» Bakıda əsas siyasi partiyaların rəhbərləri ilə də görüşərək, ölkədəki ictimai-siyasi prosesləri də müzakirə edib.


Nümayəndə heyətinə Avstriya Xarici İşlər Nazirliyində dövlət naziri Hans Vinkler, AB Xarici Əlaqələr Komissiyasının Şərqi Avropa, Cənubi Qafqaz və Orta Asiya İdarəsinin rəisi Kurt Yul, Avropa Komissiyasının Gürcüstan və Ermənistan üzrə missiyasının rəhbəri Torben Holtse və AB Baş Şurasının zabiti Paolo Barosso daxildir. Bu dəfə «Üçlük»lə birlikdə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi də Bakıya gəlib.


«Üçlüy»ün Azərbaycana səfəri aprelin 22-də başa çatıb.


XS
SM
MD
LG