Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:47

«Duşman» adıyla o qədər dinc adam öldürmüşdülər ki…»


Sovet ordusu Əfqanıstanı tərk edir
Sovet ordusu Əfqanıstanı tərk edir
«1985-ci ildə Siyasi Şöbələr üzrə 4-cü Ordunun generalı Vinoqradov gecə məni çağırıb dedi ki, partiya səni isti iqlimli, dağılmış bir ölkəyə göndərir. Ancaq bilmirdim ki, bura Əfqanıstandır . 1985-ci il sentyabrında Tbilisiyə Zaqafqaziya Hərbi Dairəsinə gəldim. Sənədləri verdilər, dedilər ki, gedirsiniz beynəlmiləlçi borcunuzu yerinə yetirməyə. Yollandıq Daşkəndə, 3 gündən sonra Kabilə gəldik, oradan da Qəndahara…»

Bəhram Şeydayev Sovet Ordusunun tərkibində Əfqanıstanda döyüşmüş minlərlə azərbaycanlıdan biridir. Həmin vaxt Əfqanıstana o sovet zabiti kimi gedib. Danışır ki, çox ağır şəraitdə olan Əfqanıstanda əhalinin də onlara münasibəti pis idi, döyüş şəraiti də.

Əfqanıstan müharibəsinin gedişində 10 mindən çox azərbaycanlı iştirak edib. Onların 208-i müharibədə həlak olub. 7 nəfər isə itkin düşüb

«Yerli əhaliylə arabir ünsiyyətdə olurduq, həyat tərzləri çox ağır idi, Sovet Ordusuna münasibətləri də pis idi. Bilirdilər də, ora toya getməmişdik. Ən çox yanacaq daşıyan kalonlarımıza hücum edirdilər. Raketlərlə vururdular. Gecə blindajda yatırdın, bir də gördün bombardman başlayıb, nə başlayıb. Günlərin birində maşınımız minaya düşdü, belimdən xəsarət aldım».

Bəhram Şeydayev 2 il yarım Əfqanıstanda olub. Qırmızı Ulduz ordeni, İgidliyə görə medalla təltif olunub. Deyir həmin dövrdə ordudan qayıdanda böyük imtiyazları vardı, indi isə aylıq 25 manatın ümidinə qalıblar:

«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov isə Əfqanıstana həmin vaxt işlədiyi «Azərbaycan gəncləri» qəzetinin müxbiri kimi gedib. Müxtəlif şəhərlərdə bir ay qalıb. Danışır ki, sovet ordusunun yerli əhaliyə çox pis münasibəti vardı:

«Əfqanıstanda ruslara tabe olmayan xeyli təbəqə vardı ki, onlara «duşman» deyirdilər. Ancaq onların çoxu sıravi adamlar idilər. Yerli əhalini rus qoşunları o qədər qorxutmuşdular ki, onlarda bir xof var idi. Əynimdə sovet ordusu zabitinin forması olduğuna görə, bizdən çəkinirdilər. Ancaq biləndə ki, rus deyiləm, rusları təcavüzkar adlandırırdılar. Orada əfqan, yəni «duşman» öldürmək sərçə vurmaq kimi asan bir şey idi. Məsələn, küçə ticarətiylə məşğul olan köşkdən tapançadan atəş açırdılarsa, tank lüləsini çevirirdi həmin köşkə tərəf. O köşklə birlikdə qonşu köşkləri də, adamları da yerlə-yeksan edirdilər».

Azər Əhmədov danışır ki, Əfqanıstanın baş naziri Nurməhəmməd Keşməndlə, məşhur 40-cı ordunun komandanı Boris Qromovla, Məsud Şah, general Dustumla görüşüb.

«Nahardan sonra baş nazir Keşməndə stolüstü tennisdə qalib gəldim, «Vremya» da bunu xəbər vermişdi. Sirrimin üstü açılmışdı».

İndi Bakıda mühacir kimi yaşayan əfqan Məhəmməd isə sovet qoşunlarının Əfqanıstanda olduğu dövrü acı bir dövr kimi xatırlayır:
«Duşman» adıyla o qədər dinc adam öldürmüşdülər ki…»

Əfqanıstan bu gün sovet qoşunlarının ölkədən çıxarılmasının 20 illiyini qeyd edir.

Rəsmi məlumata görə, sovet işğalına qarşı mübarizədə partizanlar və dinc sakinlər də daxil olmaqla, milyon yarım əfqan həlak olub.

Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqının sədr müavini Nizami Məmmədovun verdiyi məlumata görə, Əfqanıstan müharibəsinin gedişində 10 mindən çox azərbaycanlı iştirak edib. Onların 208-i müharibədə həlak olub. 7 nəfər isə itkin düşüb.

Bu gün Azərbaycanda 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı var.
XS
SM
MD
LG