Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:44

«General başqa yerdə öldürülüb»


İsa Qəmbər deyir ki, «bəzi əlamətlər onu göstərir ki, Rail Rzayev Qutqaşınlı küçəsində öldürülməyib»
İsa Qəmbər deyir ki, «bəzi əlamətlər onu göstərir ki, Rail Rzayev Qutqaşınlı küçəsində öldürülməyib»
«Yeni Müsavat»: Fevralın 11-də evinin yaxınlığında boynunun ardına atəş açılmaqla qətlə yetirilən müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətlindən 13 gün keçdi. Bu müddət ərzində bir çox versiyalar səslənsə də onların heç biri rəsmən təsdiqlənməyib.

Müsavat başqanı İsa Qəmbər əməkdaşımızla söhbətində maraqlı bir fikir söyləyib. O, qəzetimizə müsahibəsində general Rzayevin qətli ilə bağlı sualı cavablandırarkən sensasion bir versiyanı dilə gətirib. İ.Qəmbər əməkdaşımızın «General Rail Rzayevin qətlindən iki həftə keçdi. Bu qətllə bağlı müəyyən versiyalar səslənib. Aradan keçən müddətdə bu versiyalardan hansının daha üstünlük təşkil etdiyi qənaətinə gəlmisiniz» sualını belə cavablandırıb: «Mən mövqeyimi bildirmişəm ki, bu məsələdə bütün versiyalar ciddi araşdırılmalıdır. Cinayətkarlar və sifarişçilər aşkar olunmalı və qanun qarşısında cavab verməlidir. Ağlabatan versiyalar da səslənib, fantastik versiyalar da səslənib. Mən heç birinin üzərində dayanmayaraq və indi deyəcəyim versiyanın üzərində təkid etməyərək daha bir ağlabatan versiyanın nəzərdən keçirilməsinin tərəfdarıyam. Bəzi əlamətlər onu göstərir ki, Rail Rzayev Qutqaşınlı küçəsində öldürülməyib, həmin küçədə heç bir qətl hadisəsi baş verməyib. General başqa bir məkanda öldürülüb. Və sürücüyə tapşırıq verilib ki, generalın bədəni hərbi hospitala çatdırılsın. Bunu mən versiya olaraq söyləyirəm. Bu versiya istiqamətində araşdırma aparılmalıdır. Çünki bu versiya bir çox sualları aradan qaldırır».

«Ekspress»: Prezident İlham Əliyev: «Dünya maliyyə böhranı Azərbaycanda az hiss olunur».
2004-2008-ci illərdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı vaxtından əvvəl və nəzərdə tutulduğundan daha böyük həcmdə həyata keçirilib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev «Gülüstan» sarayında keçirilən «Regionların sosial-iqtisadi inkişafı» Dövlət Proqramının (2004-2008-ci illər) icrasının yekunlarına həsr olunmuş konfransda bəyan edib.

Büdcə xərcləri 12 dəfə artıb, valyuta ehtiyatları 18 milyard dollar həddini keçib. «Bu gələcəyə nikbinliklə baxmaq üçün əsas verir»,- deyə prezident bildirib. Onun sözlərinə görə, Azərbaycan dünyanın qabaqcıl dövlətləri sırasına daxil olmağı qarşısına məqsəd qoyub. Prezident dünyada hökm sürən maliyyə böhranının Azərbaycanda az hiss olunduğunu qeyd edərək deyib ki, bunu daha da azaltmalıyıq.

«Yeni Azərbaycan»: «Gürcüstanla Azərbaycan arasında problem yoxdur».
Milli Məclisin sədri Oqtay Əsədovun fevralın 23-də Gürcüstan parlamenti sədrinin müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Pridon Toduanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Oqtay Əsədovun müstəqillik əldə etdikdən sonra Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin keyfiyyətcə yeni məna kəsb etdiyini diqqətə çatdırıb.

Pridon Todua Azərbaycanda gördüklərindən məmnun olduğunu bildirib və deyib ki, Gürcüstan ilə Azərbaycan arasında heç bir problem doğura biləcək məsələ yoxdur. Ortaya çıxan məsələləri isə işçi qrupları səviyyəsində həll etmək mümkündür. Bütün bunlar əlaqələrimizin yüksək səviyyədə olduğundan xəbər verir».
XS
SM
MD
LG