Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:47

Ermənistanda bahalanma ərəfəsi müxalifət mitinqi


Piter Semnebi 10 gündür ki, Levon Ter-Petrosyanla Serj Sarkisyanın arasında qalıb
Piter Semnebi 10 gündür ki, Levon Ter-Petrosyanla Serj Sarkisyanın arasında qalıb
Piter Semnebi 10 gündür ki, Levon Ter-Petrosyanla Serj Sarkisyanın arasında qalıb. Son 10 gündə Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Semnebi müxalifət lideri Ter-Petrosyan və prezident Sarkisyanla iki dəfə görüşüb.

1 mart hadisələrindən keçən bu bir ildə zahirən sabitlikdir, ancaq cəmiyyət qütbləşmiş olaraq qalır. Semnebinin çalışdığı odur ki, müxalifət nümayişinin dağıdılmağının bir illiyinin anılması yeni qarşıdurma spiralına gətirməsin.

Ter-Petrosyan Sarkisyanı legitim prezident hesab etmir, ancaq dialoqdan da qaçmır, bir şərtlə ki, keçən il tutulanların hamısı buraxılsın. Ehtimallara görə, tuitulanlar 100-dən çoxdur. Bunlardan 77-sinin məhkəməsi olub - 40-ı həbs cəzası alıb, 37-si şərti cəza.

Levon Ter-Petrosyanın bir şərti də odur ki, keçən ilki hadisələrin müstəqil, şəffaf və obyektiv təhqiqatı aparılsın. Bunu əslində Avropa Şurasının Parlament Assambleyası hələ keçən apreldən tələb edir.

Hakimiyyət bu istintaqı demək olmaz ki, aparmır. Aparır, ancaq özünəməxsus şəkildə. Məsələn, xüsusi yaradılmış komissiya müəyyən edib ki, vaxtı keçmiş gözyaşardıcı qazın camaatın üstünə püskürdülməsindən üç nəfər ölüb. Bu qaz da dörd polisdə olub. Ancaq komissiya müəyyən edə bilmir ki, həmin dörd adam konkret kimlərdir.

Ehtimallara görə, tuitulanlar 100-dən çoxdur
Ermənistanın ombudsmanı Armen Harutyunyan deyir: «Mən inanmıram ki, gözyaşardıcı qazdan dörd zabit istifadə edib və üç nəfər ölüb. Və mən inanmıram ki, bu zabitlərin kimliyini müəyyən etmək mümkün deyil».

Azərbaycanla müqayisədə dövlətin insan haqları müvəkkilinin belə deməsi qəribə görünə bilər. Ancaq keçən payızda Harutyunyan «Financial Times» qəzetinə bundan da kəskin fikirlər deyirdi ki, hakimiyyət 1937-ci il metodlarını bərpa edib, siyasi müxalifətin mövcudluğuna isə ona görə dözür ki, Qərbə göstərməyə dekorasiya lazımdır.

Keçən ilki prezident seçkisinə müxalifət etirazları zamanı 10 adam ölüb. İndi Ter-Petrosyanın Erməni Milli Konqresi bildirir ki, hakimiyyətin icazə verib-verməməyindən asılı olmayaraq martın 1-ni kütləvi nümayişlə qeyd edəcək.

Ancaq hakimiyyətin buna imkan verməmək imkanı da azdır. Parlament üzvü Viktor Dallakyan deyir ki, aprelin 1-də enerjidaşıyıcılara tariflər qaldırılmalıdır, deputatın məlumatına görə, hökumət təklif edir ki, xaricdən gətirilən mallara vergilər də artırılsın, yəni bir aydan sonra güclü bahalanma gözlənilir. Onda bu bahalıq kütləvi etirazları alovlandıra bilər.
XS
SM
MD
LG