Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:46

Enn Dersi referenduma münasibət bildirdi


«Konstitusiyaya dəyişiklik Azərbaycan xalqının qərarı ilə edilməlidir»
«Konstitusiyaya dəyişiklik Azərbaycan xalqının qərarı ilə edilməlidir»
«Konstitusiyaya dəyişiklik Azərbaycan xalqının qərarı ilə edilməlidir». Bu sözləri mediaya açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Dersi bildirib.

Xanım səfir bildirib ki, insanlar hansı qərarı verməli olduqlarını özləri müəyyən etməlidirlər. İnsanlar düzgün qərar vermək üçün ölkədə baş verən proseslərdən xəbərdar olmalı, buna görə də onlara cəmiyyətdəki müzakirələri görmək imkanı verilməlidir.

Daha sonra Enn Dersi ABŞ-ın Azərbaycanla tərəfdaş olduğunu, iki dövlətin təhlükəsizlik və enerji sektorunun inkişafı məsələlərdə bərabər iş apardığını bildirib. Səfir ABŞ-ın demokratik dövlət olaraq Azərbaycanın müstəqilliyini, inkişafını dəstəklədiyini deyib.

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.
Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.

Ölkə müxalifəti referendumu boykot edib.
XS
SM
MD
LG