Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:45

Azərbaycanda böyrəkköçürmə əməliyyatı aparılacaq


Səs: Real audio
Putin hakimiyyəti dövründə ən kütləvi etiraz aksiyaları ilə üzləşir Yanvarın 20-21-də Azərbaycanda böyrəkköçürmə əməliyyatı aparılacaq. Əməliyyatı Respublika Klinik Xəstəxanasında azərbaycanlı və iranlı həkimlər birgə həyata keçirəcəklər.



Azərbaycanlı həkim-uroloq Akif Bağırovun sözlərinə görə, donorlardan böyrəyi götürmə işini Urmiyə Tibb Universitetinin rektoru Əli Tağızadənin rəhbərliyi altında İrandan gələn həkim briqadası, köçürməni isə o, özü həyata keçirəcək.



“Trend” informasiya agentliyinin məlumatına görə, belə bir əməliyyatın aparılmasıyla bağlı razılaşma İran səhiyyə nazirinin Azərbaycana səfəri zamanı əldə olunub. Müvafiq təklif də Azərbaycan tərəfdən olub.



Müqaviləyə əsasən, iki xəstə, iki donor olmaqla dörd Azərbaycan vətəndaşı bu il yanvarın 5-dən 10-a qədər Urmiyədə ilkin tibbi müayinədən keçiblər.



Köçürmə əməliyyatını aparacaq uroloq Akif Bağırovun sözlərinə görə, xəstələrlə donorlar yaxın qohumlardır. Əməliyyatın birində atanın böyrəyi oğluna, digərində isə bacının böyrəyi qardaşına köçürüləcək. Hər iki əməliyyat pulsuz aparılacaq. Ümumilikdə, belə əməliyyatlar qonşu ölkələrdə, məsələn İranda 5 min dollardan 10 min dollara başa gəlir.



Akif Bağırov deyir ki, böyrək köçürmə əməliyyatı bununla bitməyəcək. Rəsmi olaraq Azərbaycanda böyrək köçürülməsinə ehtiyacı olan 400-ə yaxın xəstə var.



Böyrəkköçürmə əməliyyatı Azərbaycanda təxminən 70-ci illərdə də aparılıb. Amma Moskvadan gələn həkimlərin apardığı bu əməliyyat o qədər də uğurlu alınmayıb.



Dünyada isə ilk dəfə böyrəkköçürmə əməliyyatını 1933-cü il aprelin 3-də Xarkov Tibb İnstitutunun fakültətiv cərrahiyyə klinikasında professor Yuri Voronoy aparıb. Kəllə əsasının qırılması nəticəsində həyatını itirən 60 yaşlı donorun böyrəyi 26 yaşlı xəstəyə köçürülüb.
XS
SM
MD
LG