Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:32

Parlament Amnistiya Aktını qəbul etdi


Parlament müzakirəsiz, 111 nəfər lehinə, 1 nəfər əleyhinə olmaqla sənədi qəbul edib
Parlament müzakirəsiz, 111 nəfər lehinə, 1 nəfər əleyhinə olmaqla sənədi qəbul edib
Milli Məclis martın 17-də «Novruz bayramı münasibəti ilə Amnistiya elan edilməsi haqqında» qərar layihəsini qəbul edib.

Layihəni parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının sədri Əli Hüseynov təqdim edib.

Layihə deputat Mehriban Əliyeva tərəfindən təqdim olunub.

Əli Hüseynov deyib ki, bu Amnistiya Aktı 9 min adama şamil ediləcək ki, bu da ümumi məhbusların 35%, qadın məhbusların isə 60%-i deməkdir. 1700 məhkum isə azad olunacaq ki, bu da məhbusların 12%-inə bərabərdir. 1200 nəfərin isə cəzası azaldılacaq.

Komissiya sədrindən sonra çıxış edən Mehriban Əliyeva bu amnistiyanın Heydər Əliyevin humanist siyasətinin davamı olduğunu bildirib.

Parlament müzakirəsiz, 111 nəfər lehinə, 1 nəfər əleyhinə olmaqla sənədi qəbul edib.

Bundan əvvəl parlament Mehriban Əliyevanın 2007-ci ilin mayında təqdim etdiyi «Amnistiya Aktı haqqında» qanun layihəsini qəbul edib. Onun tərəfindən irəli sürülmüş həmin qanunverici təşəbbüs 9 minə yaxın insanı əhatə edib, onlardan 1500 nəfəri azad olunub.

Lakin o zamankı Amnistiya Aktı, hüquq müdafiəçilərinin qiymətləndirmələrinə görə, ölkədə siyasi məhbus problemini həll etməyib.
XS
SM
MD
LG