Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:19

YAP pozuntu faktlarını birgə araşdırmağa hazırdır


«Referendum zamanı bəzi seçki məntəqələrində qanun pozuntusu olsa belə, hesab etmirəm ki, bu, ölkə boyu kütləvidir», - deyə Aydın Mirzəzadə «Azadlıq» radiosuna bildirib.

Onun fikrincə, əgər «Azadlıq» radiosunun müxbirlərinin Konstitusiya dəyişikliklərlə bağlı referendumda müşahidə etdikləri hallar varsa, bu, qanun pozuntusudur və bununla bağlı tədbir görülməlidir. Bununla belə, deputat hesab edir ki, müəyyən məntəqələrdəki qanun pozuntusu referendumun ümumi gedişatına təsir edə bilməz.

Seçicilərin «karusel» üsulu ilə seçki məntəqələrinə aparılmasına gəlincə, A.Mirzəzadə deyir ki, bu, mümkün olan məsələ deyil:

«Əgər kimdəsə belə fakt varsa, YAP böyük məmnunniyyətlə həmin qüvvə ilə birgə bu faktı araşdırmağa hazırdır».

A.Mirzəzadə referendumun yüksək aktivliklə keçdiyini deyib:

«Bu aktivliyi ötən ilki prezident seçkisinin səviyyəsində qiymətləndirmək olar».
XS
SM
MD
LG