Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:35

AŞ PA nümayəndələri referenduma münasibət bildirdi


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) nümayəndə heyəti
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) nümayəndə heyəti
«Referendumun mürəkkəbliyinə baxmayaraq səsvermə prosesi şəffaf olmuş, yaxşı təşkil olunmuş və dinc mühitdə keçirilmişdir».

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) nümayəndələri Pol Villi, Hakkı Kəskin, Pedro Aqramunt və Eduard Lintner belə fikirlə çıxış ediblər.

Onların sözlərinə görə, Azərbaycan xalqı referendumda Konstitusiyaya əlavə və dəyişikliklərin lehinə səs verib.

Nümayəndələr bildirir ki, bəzi dəyişikliklərin Konstitusiyanın əhəmiyyətli dərəcədə təkmilləşməsinə səbəb olacağı barədə Venesiya Komissiyasının fikrinə qatılır və Azərbaycan hakimiyyətini onları tam şəkildə yerinə yetirməyə dəvət edir.

AŞ PA nümayəndələri Konstitusiyaya uyğun olaraq referendum keçirilməsini legitim hesab edir.

Bununla belə, onlar mediada daha geniş müzakirələrin keçirilməsinin referendumun məqsədlərinə daha yaxşı xidmət etmiş ola biləcəyini deyir.

AŞ PA nümayəndələri referendumla bağlı heç bir hesabat hazırlamayacaq. Onlar yalnız üzv olduqları komissiyalara səsvermə ilə bağlı şifahi məlumat çatdıracaqlar.
XS
SM
MD
LG