Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:43

İ. Əliyev daxili işlər nazirini işdən çıxarmayacağını deyir


Səs: Real audio
“Məshədovun ölümü həm Kremli, həm də radikal islamçıları sevincə qərq edib” Prezident İlham Əliyev insan oğurluğu və qətllərlə bağlı cinayətkar qrupda Daxili İşlər Nazirliyinin yüksək vəzifəli işçilərinin olmasını nazirlik üçün “böyük ləkə” adlandırıb.



Daxili qoşunların yaradılmasının 13 illiyinə həsr olunan tədbirdə çıxış edən prezident baş verənləri “biabırçı hərəkət” adlandırıb. Onun sözlərinə görə, cinayətkar qrup haqda məlumatlar hələ 2 həftə bundan əvvəl əldə edilibmiş. Amma qadının girov kimi saxlanılması tezliklə qəti addımlar atmağa imkan verməyib.



Martın 10-da 12 nəfərdən ibarət qrupun yaxalandığını xatırladan İlham Əliyev baş verənlərin daha çox müxalifətə xeyir etdiyini deyib. Ancaq son vaxtlar baş verən cinayətkarlıq faktlarına görə daxili işlər naziri Ramil Usubovu işdən çıxarmayacağını da bəyan edib.



Daxili işlər naziri Ramil Usubov isə nazirlikdə daxili cinayətkarlığa qarşı xüsusi bölmənin yaradıldığını deyib. Onun sözlərinə görə, bölmə bəzi polis məmurlarının cinayətkarlara yardım etməsini üzə çıxarmaqla məşğul olacaq.



Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun məlumatına görə, 10 adamın oğurlanması və 3 nəfərin qətlində günahkar bilinərək saxlanılan qrupda polis inspektoruyla polis kapitanı da olub və onlara Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin polkovnik—leytenantı Hacı Məmmədov başçılıq edib.
XS
SM
MD
LG