Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 15:38
Rubrikalar

Rəcəbov İspaniya, Məmmədyarovsa Dubayı seçdi


Səs: Real audio
“ABŞ ATƏT—lə bağlı dalandan çıxış axtarır” Aprelin ilk günü Teymur Rəcəbov İspaniyada keçirilən beynəlxalq şahmat turnirinə qatılacaq. Dos-Hermanas şəhərində keçiriləcək 13-cü turnirdə yarışlar İsveçrə sistemiylə keçiriləcək və 9 turdan ibarət olacaq. Sözügedən turnirin baş hakimi isə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov olacaq. Bazar günü isə digər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Dubayda keçiriləcək turnirə qatılacaq. 20 şahmatçınınn yarışacağı bu turnir də İsveçrə sistemiylə keçiriləcək və qalib 9 turdan sonra bəlli olacaq.



Azərbaycan kişi qılıncoynatma yığması Dünya Çempionatında 13-cü olub. Avstriyanın Linç şəhərində keçirilən Dünya Çempionatında şəxsi birincilikdə ualnız təsnifat mərhələsini adlayan Azərbaycan qılıncoynadanları komanda yarışlarında da uğur qazana bilməyib. Cəlil Əsgərov, Ruslan Əzizov və Ramin Əmirovdandan qurulan yığma Yaponiyanı məğlub etsə də, növbəti mərhələdə Rumınlara yenilib və 22 komanda arasında 13-cü olub. Azərbaycan xanım qılıncoynadanlarından yığma isə üzvlərindən Səbinə Əmrahzadə zədələndiyindən yarışa qoşula bilməyib.



Azərbaycan futbolçuları İngiltərəylə oyunda 0-2 hesabıyla məğlub oldu. 2006-cı ildə Almaniyada keçiriləcək Dünya Çempionatının Seçmə mərhələsi çərçivəsində Martın 30-u gecə İngiltərə ilə oynayan Azərbaycan yığması ikinci hissədə Stiven Cerard və Devid Bekhemin qollarıyla yenilib. Oyun ərzində yalnız iki tutarlı əks-hücum təşkil edən Azərbaycan yığmasında ilk hissədə kapitan Qurban Qurbanovun zərbəsi qapıdan azca aralı keçib, ikinci hissədə isə Nadir Nəbiyev Qurbanovun ötürmsiylə İngiltərinin qapışısıyla təkbətək çıxsa da Polşayla oyunda oxşa epizodda etdiyi kimi, topu qapıçının üstünə vurub. Qapışı Dmitriy Kramarenkonun inamlı oyunu və qapı dirəkləri Azərbaycan yığmasını böyük hesablı yenilgidən xilas edib. Seçmə mərhələdə 6-cı qrupda Azərbaycanla birgə yarışan digər komandalardan Polşa Şimali İrlandiyanı, Avstriya isə Uelsi evdə eyni hesabla məğlub eləyib: 1-0. 6 oyundan sonra 16 xalı olan İngiltərə yığması birinci, onlardan 1 xal az toplayan Polşa ikinci, 11 xalı olan Avstriya isə 3-cü yerdədir. 4-cü yerdəki Şimali İrlandiyanın 3, 5-ci yerdəki Uelsin isə 2 xalı var. Azərbaycan yığması da 2 xal toplasa da cəmi 1 qol vurub, 14 qol buraxdığından qrupda sonuncu yeri tutur. Azərbaycan yığması qrupda növbəti oyununu iyunun 4-də Tofiq Bəhramov adına Respubika stadionunda, səfərdə 0-8 hesabıyla yenildiyi Polşaya qarşı keçirəcək.
XS
SM
MD
LG