Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:33

Baş örtüyünə görə işdən çıxarılmış müəllimənin iddiası təmin edildi


Səs: Real audio
Səfirin oğurlanmış əşyaları - içərisində sənədlər olan çantası və xidməti silahı həbs edilən Azər Nuruzadədən götürülüb Baş örtüyünə görə işdən azad olunmuş Sumqayıt «İstedad» litseyinin biologiya müəlliməsi Şəhla Əliyevanın iddia tələbi qismən təmin edilib.



İyunun 8-də Sumqayıt şəhər Məhkəməsində hakim Qafil Baxışovun sədrliyi ilə keçən prosesdə xanım Əliyevanın işə bərpa edilməsi və işləmədiyi müddətdə əmək haqqının ödənilməsi barədə qətnamə çıxırılıb.



İddiaçının vəkili Eldar Sultanovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, Şəhla Əliyevanın yalnız bir tələbi – litsey direktorunun ona vurduğu mənəvi ziyana görə kompensasiya ödənilməsi - təmin olunmayıb.



2004-cü ilin sentyabrında Sumqayıt «İstedad» litseyinin biologiya müəlliməsi Şəhla Əliyeva baş örtüyü ilə dərs dediyinə görə məktəbin direktoru Adilə Süleymanova tərəfindən işdən azad olunub. O, bununla razılaşmayaraq işə bərpa, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.
XS
SM
MD
LG