Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:19

Corc Soros: «Seçkilərdə Azərbaycan əsl demokratiyaya nail olmalıdır»<p align=`left`><br><br>


Səs: Real audio
"İnqilabı gərəksiz edəcək prosesi işə salmaq lazımdır" "Keçmiş Sovet ölkələrində bir-birinin ardınca saxta seçkilərdən qəzəblənmiş adamlar bir neçə rüşvətxor lideri devirib. Bu hadisələr demokratiya üçün perspektivlər yaratsa da, güman etmirəm ki, Azərbaycan vətəndaşları onları təqlid etməlidirlər.



Neftlə zəngin Azərbaycan inqilabsız əsl demokratiya qurmağın mümkün olduğunu sübut etməlidir".



Bunları Açıq Cəmiyyət İnstitutunun rəhbəri Corc Soros sentyabrın 23-də Böyük Britaniyanın "Financial Times" qəzetində dərc olunmuş məqaləsində yazır.



Corc Sorosa görə, inqilab dağıdıcı qüvvədir. O, demokratik islahatlara yol aça bilər, ancaq buna təminat verə bilməz:



"Məsələn, Gürcüstanda inqilabdan sonra tərəqqi baş verdi, Ukraynada isə problemlər yarandı və Qırğızıstanda da böhran davam edir. Ancaq Azərbaycan belə taledən yaxa qurtara bilər. Onun hökuməti vətəndaşların təbii sərvətlərdən bəhrələnməsi üçün artıq neft fondu yaradıb. Azərbaycan Britaniya və Dünya Bankının irəli sürdüyü "Emal Sənayesində Şəffaflıq Təşəbbüsü"nə qoşulan ilk ölkələrdən biridir" – deyə Corc Soros qeyd edir.



Amma o bildirir ki, xalqın yoxsulluqla bağlı narazılığı hökumətin bu yöndə atdığı addımları hələ də kölgədə qoyur. Ona görə də növbəti inqilabın Azərbaycanda olacağına inanlar da tapılır. Həm müxalifət, həm də iqtidarda müyyən dairələr açıq döyüşə hazırlaşır. Amma əslində, indi inqilabı gərəksiz edəcək prosesi işə salmaq lazımdır.



Cənab Soros bunun üçün bir sıra təkliflər də irəli sürür. Bildirir ki, xaricdən maliyyələşən QHT-lərin seçkini müşahidəsinə qoyulmuş qadağa götürülməli, vətəndaşların etiraz haqqı bərpa edilməlidir. Hakim YAP-ın əlində seçkiyə təsir etmək üçün bir sıra qanuni müddəalar və qeyri-rəsmi təzyiq vasitələri var. Hökumətin favoritləri dəstəkləmək üçün dövlət resurslarından istifadə etməsinə dair bəzi dəlillər də mövcuddur.



Hakim YAP-dan Səyyad Aran isə deyir ki, hökumət parlament seçkisinin demokratik keçməsi üçün əlindən gələni əsirgəmir və heç bir əlavə təzyiq vasitəsindən istifadə etmir. O, dövlət televiziyasında üç blokun YAP-a müxalif fikirlər söylədiyini və bununla da hakim partiyanın özünün təzyiqə məruz qaldığını deyir.



Müsavat partiyasından Vurğun Əyyub isə Corc Sorosun inqilabın dağıdıcı qüvvə olması barədə yazdıqlarıyla razıdır. Ancaq onun fikrincə, bir çox hallarda inqilablar qaçılmaz olur. O, Azərbaycanda yaranmış sabitliyin görüntü xarakterli olduğunu, Neft Fondunun fəaliyyətinin şəffaf olmadığını deyir və hesab edir ki, bütün bu məsələlər də Azərbaycanda inqilabı qaçılmaz edir.



Vurğun Əyyubun fikrincə, seçkiqabağı kampaniya zamanı baş verən pozuntular seçkinin demokratik keçməyəcəyindən xəbər verir.
XS
SM
MD
LG