Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:52

NATO ATƏT-in seçki ilə bağlı hesabatını bölüşür<p align=`left`><br><br>


Səs: Real audio
"Noyabrın 6-da Azərbaycanda keçirilən parlament seçkilərində bəzi proseslərin tam qanunauyğun şəkildə keçməsi barədə deyilənlər bir qədər şübhə doğurur" Azərbaycanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simons bu fikirləri noyabrın 18-də keçirdiyi mətbuat konfransında söyləyib. Və əlavə edib ki, təmsil etdiyi təşkilat seçki prosesi haqda ATƏT-in yaydığı hesabatla həmfikirdir. O deyir ki, səfərinin əsas məqsədi başqa olsa da, Azərbaycan prezidenti ilə görüşdə seçki sornası məsələləri də müzakirə ediblər.



Cənab Simons bildirir ki, NATO Azərbaycan müdafiə sistemində islahatlar aparılması üçün Müdafiə Nazirliyinə vəsait ayıracaq. Bunun Ermənistanla münasibətlərə təsir edib-etməyəcəyinə gəlincə, cənab Simons deyir ki, NATO Dağlıq Qarabağ münaqişəsində tərəflərdən biri deyil. Ona görə də hər hansı tədbiri həyata keçirəndə bu münaqişəni əsas tutmur.



NATO rəsmisi onu da bildirdi ki, təmsil etdyi təşkilat Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə cavabdeh olan ATƏT-in fəaliyyətini izləyir. Və münaqişənin tənzimlənməsinə dair görülən işlərlə yaxından maraqlanır. Onun dediyinə görə, əgər münaqişənin həlli ilə bağlı Ermənistan və Azərbaycan hər hansı razılığa gəlsə və NATO-ya müraciət olunsa, NATO öz sülməramlılarını qoşunların təmas xəttində yerləşdirə bilər.



Cənab Simons NATO – Azərbaycan münasibətlərinin perspektivinə də toxundu və bildirdi ki, hələlik NATO-ya üzvlük məsələsi müzakirə mövzusu deyil. İndi NATO – Azərbaycan əməkdaşlığının dərinləşməsindən söhbət gedir.



Robert Simmons prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, həmçinin müdafiə naziri Səfər Əbiyevlə görüşüb. Azərbaycan – NATO Əməkdaşlıq Komissiyasının toplantısında olub. Noyabrın 19-da cənab Simonsun Bakı Dövlət Universitetində NATO –Azərbaycan münasibətlərinə dair çıxışı da gözlənilir.
XS
SM
MD
LG