Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:44

İsrail səfiri: «Biz israilli biznesmenlərə Gəncəni tanıtmalıyıq»


Səs: Real audio
Mətbuat Şurasının buna dair tövsiyələri var «Gəncənin geniş aqrar imkanları var və biz israilli biznesmenlərə buranı tanıtmalıyıq» - bu sözləri dekabrın 8-də Gəncəyə səfərində İsrailin Azərbaycandakı səfiri Artur Lenq deyib. Onun sözlərinə görə, bölgədə meyvə-tərəvəz məhsullarının konservləşdirilməsiylə məşğul olan müəssisəyə ehtiyac var.



Diplomat bildirib ki, məqsəd həm də İsraildən yeni texnologiyaları və avadanlıqları bölgəyə gətirməklə kənd təsərrüfatının inkişafına nail olmaqdır.



Cənab Lenq əlavə edib ki, həm İsrailin, həm də Azərbaycanın mənafeyinə uyğun olaraq hər iki ölkə sahibkarlarının bir araya gəlməsi zəruridir.



Səfir gələn ilin may ayında İsraildə keçiriləcək beynəlxalq kənd təsərrüfatı sərgisinə azərbaycanlı fermerlərin də dəvət ediləcəyini söyləyib.



Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşündə cənab Lenq bir neçə aydan sonra Bakıda və Qubada keçiriləcək biznes-forumda da gəncəli biznesmenləri görmək istədiyini deyib.



Səfirin bölgəyə səfəri iki gün davam edəcək və o, kənd təsərrüfatı sahəsiylə məşğul olan qeyri-hökumət təşkilatlarıyla da görüşəcək.
XS
SM
MD
LG