Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:36

Azərbaycanda 11 min əcnəbi sığınacaq axtarır


Səs: Real audio
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Viylam Tol məcburi köçkünlərə gələcəkdə də yardımlar edilməsinin planlaşdırıldığını deyir 2004-cü ildə Azərbaycanda 41 nəfər xarici ölkə vətəndaşı qaçqın statusu alıb. Azərbaycanda sığınacaq axtaran 11 min əcnəbidən çoxu isə çeçen, əfqan, İraq və İrandan olanlardır. BMT-nin Təlim Məsələləri üzrə koordinatoru Mahir Səfərli deyir ki, Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı onlara zəruri təhsil və tibbi yardım göstərir. 2005-ci ildən həmin şəxslərlə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məşğul olur. Əcnəbi qaçqınlar üçün Azərbaycanda hələ sığınacaq yerləri yaradılmayıb.



BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Viylam Tol «Azadlıq» radiosuna bildirdi ki, hazırda belə qəbul məntəqələrinin yaradılması ilə bağlı hökumətlə danışıqlar aparılır: «Biz də, hökumət də, bu fikri dəstəkləyirik, ancaq onun icrası ilə bağlı elə bir irəliləyiş yoxdur».



Nazirlər Kabinetinin Miqrasiya və Beynəlxalq Təşkilatlarla İş Şöbəsinin sektor müdiri Elsevər Ağayev isə bildirir ki, bu məsələnin həll olunmaması Azərbaycandakı məcburi köçkünlərin vəziyyətinin ağır olması ilə bağlıdır.



Cənab Tol Azərbaycanda olan məcburi köçkünlərə gələcəkdə də yardımlar edilməsinin planlaşdırıldığını deyir: «Bizim əsas vəzifəmiz odur ki, bu şəxslərə daha çox humanitar yardım göstərək, onların yaddan çıxarılmamasını təmin edək».



BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. 2000-ci ildən isə bu qurum Azərbaycanda sığınacaq axtaran əcnəbilərə də yardımlar göstərir.
XS
SM
MD
LG