Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 08:44

«Qazprom» qiymət oxuyur


Səs: Real audio
MTN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Arif Babayev həbs edilən sabiqlərin həkim nəzarətində olduğunu deyir Rusiya gələn ildən öz qazını Azərbaycana baha satacaq



İndi Azərbaycan Rusiya qazının hər min kubmetrinə 60 dollar verir. Rusiyanın "Qazprom" şirkəti məlumat yayıb ki, gələn il Azərbaycana satacağı qazın qiyməti Avropa qiymətlərinə uyğun olacaq.



Azərbaycanla bağlı konkret rəqəm söylənilmir. Amma məsələn, Rusiyanın başqa MDB ölkələrinə təklif etdiyi qiymətlərindən belə nəticə çıxarmaq olar ki, söhbət ən azı 160 dollardan gedir. Bu isə indi Azərbaycanın qaza görə verdiyi puldan 2.5-3 dəfə çoxdur.



İndi Rusiyadan alınan qazın böyük hissəsi elektrik enerjisinin istehsalına yönəlir. Əsasən Azərbaycanın şimal rayonları Rusiyadan boru kəməriylə gələn qazdan bəhrələnirlər.



İqtisadi ekspert İnqilab Əhmədov güman edir ki, qiymət qalxsa, Azərbaycan əvvəlki həcmdə [indi Rusiyadan 4.5 milyard kubmetr qaz alınır] qaz ala bilməyəcək. Və belə olan halda şimal rayonlarına verilən qaz azala bilər.



Amma Azərbaycanın elektrik stansiyalarını yenə də əvvəlki kimi mazutla işlətmək imkanı var. Baxmayaraq ki, bu, Azərbaycana ikiqat ziyan olacaq. Çünki indi Azərbaycan öz mazutunu dünya bazarlarına çıxarır, yaxşı qiymətə satır və böyük gəlir götürür.



Digər tərəfdən, elektrik stansiyaları mazutla işləyəndə elektrik enerjisi daha baha alınır. Buna görə də İnqilab Əhmədovun fikrincə, gələn ilin axırı işığın qiyməti arta bilər. Bu ehtimalı artıran odur ki, hələ indi – ucuz Rusiya qazıyla alınan elektrik enerjisinin hər kilovatt saatı 120 manata başa gəldiyi halda əhaliyə 96 manata satılır.



Digər ekspert Qubad İbadoğlu isə deyir ki, Azərbaycan hökuməti Rusiya qazının bahalaşmasına hazır olmalı idi. Çünki Rusiyanın qazdan qonşu ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi çoxdan məlumdur.



Azərbaycanın qazla bağlı aletrnativ variantlarından biri də «Şahdəniz» yatağından çıxacaq qazdır. Amma bu yataqdan qazın çıxarılmasına gələn ilin sonuncu rübündən tez başlamaq mümkün olmayacaq. Bu barədə «BP Azərbaycan» şirkətinin prezidenti Devid Vudvord bildirib. Onun sözlərinə görə, gələn il bu yataqdan Azərbaycan ancaq 1 milyard kubmetr qaz götürə bilər. Yəni indi Rusiydan aldığından 5 dəfə az. Əgər başqa yataqlardan çıxan səmt qazını da bura əlavə etsək, ümumilikdə Azərbaycan Rusiyadan aldığı qazın təxminən yarısını kompensasiya edə bilər.
XS
SM
MD
LG