Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:25

«Heç olmamaqdansa, gec olsun»


Səs: Real audio
Vəkil Aslan İsmayılov xarici ölkə səfirliklərinə müraciət edəcəyini deyir Mütəxəssislər Fövqəladə Hallar və Müdafiə Sənayesi nazirliklərinin yaradılmasını bu cür qiymətləndirirlər



Azərbaycanda indiyə kimi əvvəlcə texnogen qəza olurdu, sonra da Nazirlər Kabineti yanında Fövqəladə Hallar Komissiyası işə başlayırdı. Belə qəzaların qabağını almaqla heç kim məşğul deyildi. Xilasetmə işlərində də məsələn, Mülki Müdafiə İdarəsi Müdafiə Nazirliyinə, yanğınsöndürənlər Daxili İşlər Nazirliyinə tabe idi. Yəni, bu qurumlar bir mərkəzdən idarə olunmurdu. Prezidentin yeni fərmanı ilə yaradılan Fövqəladə Hallar Nazirliyi bu problemləri aradan qaldırmalıdır.



Belə bir nazirliyin yaradılması haqda təkliflər 90-cı illərin ortalarından səslənməkdədir. Bu təkliflə həm mütəxəssislər, həm də Baş nazirin birinci müavini və bu adda Dövlət Komissiyasına rəhbərlik edən Abid Şərifov çıxış edib.



Memarlıq və İnşaat Universitetinin həyat fəaliyyətinin təhlükəsizlik kafedrasının müdiri, Beynəlxalq Elmlər Akademiyasının akademiki, eyni zamanda Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə Mütəxəssislər Assosiasiyasının prezidenti Həbib Ocaqov deyir ki, onlar belə bir təkliflə hələ 1997-ci ildə hökumətə müraciət ediblər. Və bununla bağlı ayrıca konsepsiya da hazırlayıblar. Cavabında onlara bildiriblər ki, belə bir qurumun təsis edilməsi üzərində hökumət də düşünür və zamanı yetişəndə bu nazirlik yaranacaq. Həbib Ocaqova görə, aradan keçən zaman Fövqəladə Hallar Nazirliyinə olan zərurəti dəfələrlə ortaya qoyub və ona görə də hansı səbəbdən yubanmasına baxmayaraq gec də olsa belə bir nazirliyin yaranması müsbət haldır.



Cənab Ocaqova görə, belə bir nazirliyin yaranmasının bir neçə üstün cəhəti var. Əvvəla, Fövqəladə Hallar Nazirliyi yaranmış problemlərin nəticələrinin ləğvi ilə yanaşı, həm də bu problemlərin yaranmaması istiqamətində iş aparacaq. Eyni zamanda təbii fəlakətlərin, qəzaların, yanğınların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, belə hallarda xilasetmə və bərpa işləri üzrə müvafiq orqanların fəaliyyəti vahid mərkəzdən idarə olunacaq. Və bu da xərcləri nisbətən azaldacaq.



Prezidentin başqa bir fərmanı ilə Müdafiə Sənayesi Nazirliyi də yaradılır.



Sabiq Müdafiə naziri Tacəddin Mehdiyevin sözlərinə görəsə, bəlkə də çoxları bu qurumun üstünlüyünü başa düşmür, amma Fövqəladə Hallar Nazirliyi ikinci güc nazirliyi qədər iş görəcək.



Mütəxəssis məsələsinə gəlincə, Həbib Ocaqov deyir ki, əvvəllər Mülki Müdafiə Qərargahı adı altında fəaliyyət göstərən, daha sonra Müdafiə Nazirliyinin tərkibində Mülki Müdafiə İdarəsinə çevrilən bu qurum qismən də olsa kadr məsələsini həll edəcək. Amma bütün dünyada olduğu kimi, fövqəladə hallara qarşı həm hərbi, həm də mülki mütəxəssislər mübarizə aparmalıdırlar. Və az da olsa Azərbaycanda belə mütəxəssislər var. 1998-ci ildən Memarlıq və İnşaat Universiteti fövqəladə halların idarə olunması üzrə kadrların hazırlanmasına başlayıb. Amma Həbib Ocaqov hesab edir ki, nazirlik bununla kifayətlənməməli, onların peşəkarlığı artırılmalıdır.



Hərbi mütəxəssislər torpaqları işğal altında olan, bu gün döyüş getməsə də, müharibə başa çatmadığından Azərbaycanda belə bir nazirliyin yaradılmasının zəruri olduğunu düşünürlər. Onların qənaətincə, bu nazirlik 90-cı illərin əvvəllərində yaradılmalı idi. Sabiq Müdafiə naziri Tacəddin Mehdiyev hesab edir ki, Azərbaycan bu addımı atmaqda bir qədər yubanıb. Çünki orduda az qala gündəlik təlimlərdə istifadə olunan patron, mərmi və başqa zəruri hərbi sursatları başqa dövlətdən almaqdansa, onun istehsalı daha vacibdir. Ən azı o
XS
SM
MD
LG