Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:05

Prezident İpoteka Fondu haqqında Əsasnaməni təsdiq edib


Səs: Real audio
Ekspert deyir ki, ipoteka krediti almaq imkanlarından bütün evsiz gənclər istifadə edə bilməyəcəklər Dekabrın 22-də prezident İlham Əliyev Milli Bank nəzdində İpoteka Fondu haqqında Əsasnamənin təsdiq edilməsiylə bağlı fərman imzalayıb. Dövlət başçısı həmin sənədlə İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilmə qaydalarını da təsdiq edib. Milli Bankın baş direktoru Şahmar Mövsümov deyir ki, bundan sonra müvəkkil banklar seçiləcək və vətəndaşlar kreditləri məhz həmin qurumlardan alacaqlar. Onun sözlərinə görə, kreditlərin müddəti 3 ildən 15 ilə qədərdir. Kreditin faiz dərəcəsi isə 12 faizdən çox deyil.



Fərmanda Nazirlər Kabinetinə ipoteka kreditləri üzrə dövlət güzəştlərindən istifadə etmək hüququ olan sosial kateqoriyaları müəyyən etmək tapşırılır. Yalnız bundan sonra müəyyən etmək mümkün olacaq ki, ipoteka kreditlərinin verilməsi zamanı hansı vətəndaşlara güzəşt ediləcək. Şahmar Mövsümov deyir ki, vətəndaş əvvəlcə almaq istədiyi mənzili seçəcək, sonrasa imtiyazlı banklara müraciət edəcək.



İqtisadçı ekspert Qubad İbadoğlu isə deyir ki, bu proses vətəndaşa heç də asan başa gəlməyəcək. Çünki həmin banklar vətəndaşlardan kreditin ən azı 30 faizi həcmində girov tələb edəcək. Onun sözlərinə görə, bütün bunlar o deməkdir ki, ipoteka krediti almaq imkanlarından bütün evsiz gənclər istifadə edə bilməyəcəklər. Bununla belə, o, hesab edir ki, ipoteka kreditləri nə qədər tez verilsə, əhalinin mənzil probleminin həlli sürətlənər.



2005-ci ilin dövlət büdcəsində ipoteka, yəni əmlak girovu krediti üçün 30 milyard manat vəsait ayrılmışdı. 2006-cı ilin büdcəsində isə, bu məqsəd üçün 100 milyard manat vəsait nəzərdə tutulub.
XS
SM
MD
LG