Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:44

BTC-nin keçdiyi ərazilərdə aparılan qazıntılar yekunlaşıb


Səs: Real audio
Xanım Hacıyeva bildirib ki, əgər Müsavat Partiyası parlamentdə iştirak etsə, onunla münasibətlərə yenidən baxmalı olacaq Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun əməkdaşları Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin Azərbaycandan keçən hissəsi boyunca apardıqları qazıntıları yekunlaşdırıblar. İnstitutun əməkdaşı Qoşqar Qoşqarlının «Azadlıq» radiosuna verdiyi məlumata görə, qazıntı zamanı tapılmış maddi qalıqların kimyəvi analizləri aparılır. Ancaq Azərbaycanda belə analizləri aparmaq üçün laboratoriya olmadığından arxeoloji materiallar İngiltərə və Polşaya göndərilib. Cənab Qoşqarlı hesab edir ki, tapılmış maddi qalıqlar Gənubi Qafqazın qədim tarixinin yeni qatlarını üzə çıxarır.



Arxeoloq deyir ki, xüsusilə Ağstafa rayonunun Leylatəpə ərazisində aşkar edilən maddi tapıntılar Avropa sivilizasiyasının əsasını qoymuş sayılan, eramızdan əvvəl V-İV minilliklərdə Mesapotomiyanın Dəclə-Fərat çaylarının sahillərində yaşamış Ubeyd-Uruk tayfalarının Azərbaycandan da kediyini göstərir. Qoşqar Qoşqarlı bildirir ki, bəzi alimlər Ubeyd-Uruk tayfalarının Cənubi Qafqaza gəlməsini Kür-Araz mədəniyyətinin formalaşmasıyla bağlı məsələ sayır. Arxeoloq artıq bu barədə altı elmi məqalə yazıldığını və dünya alimlərinin diqqətinə çatdırıldığını söyləyir.
XS
SM
MD
LG