Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:57

İri müəssisələrə təzyiqlərin arxasında nə durur?


Səs: Real audio
"Human Rights Watch" yeni hesabat yayıb Bir müəssisənin, məsələn, "Elektroştamp"ın direktorunu Zülfüqarovu ona görə tuturlar ki, rəsmi ittihama görə, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə yaxın olub. "Azpetrol" və ya başqa şirkətlərin rəhbərləri də belə tutulub.



Ancaq müəssisə başqa səbəbdən də dayana bilər. Məsələn, ekspertlər deyirlər ki, "Baku Steel Company"nin dayanmağı inhisarçının güc nümayişidir. Bu zavod dayananda, məsələn, armatur, tikinti bahalanır



Ekspertlər bir neçə sahibkarın həbsi və onların rəhbərlik etdiyi qurumların fəaliyyətini dayandırmasını son bir neçə ayda gedən siyasi proseslərin məntiqi nəticəsi və əslində, iqtisadi mühitdəki anormallıqların yaratdığı qanunauyğunluq kimi qiymətləndirirlər. Onların qənaətincə, ölkədə özəl sektorun inkişafına, sağlam rəqabətə imkan yaradılmadığından, sahibkarlar da hansısa məmurun kölgəsinə sığınmalı olur, istər-istəməz siyasi oyunların iştirakçısına çevrilirlər. Və son iki-üç ayda baş verənlər hakimiyyətdəki qruplaşmaların onların nəzarətindən kənarda qalan gəlirli sahələr, obyektlər uğrunda apardıqları rəqabətin nəticəsidir. Bu ilk baxışda belədir. Amma daha dərinə gedəndə, ölkədə iqtisadi və siyasi hakimiyyət bir əldə cəmlənməyə başlayıb.



İqtisadi Tədqiqatlar Mərkəzinin sədr müavini Azər Mehtiyevə görə, hər şey iki yüksək vəzifəli məmurun ətrafında sahibkarların qruplaşmasından başlanıb. Və onlardan biri – Fərhad Əliyev həbs olunandan sonra digəri – Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov indi onun nəzarətindəki obyektləri ələ keçirməyə çalışır. Bu məqsədlə də həmin sahibkarların müxtəlif səbəblərlə aradan götürülməsinə başlanıb.



İqtisadçı-ekspert Toğrul Cuvarlı da hesab edir ki, sabiq nazir Fərhad Əliyevin həbsindən sonra onun çevrəsindəkilərin zərərsizləşdirilməsi, komandasının parçalanması prosesi getməliydi. Amma bu, siyasi prosesin yekunu kimi qanunauyğun görünsə də, iqtisadi baxımdan çox ziyanlıdır:



"Aydın idi ki, Fərhad Əliyevin komandası yavaş-yavaş dağılmalı idi. Siyasi cəhətdən bu, bəlkə də təbiidir. Amma bunun iqtisadi fonu bir az darıxdırıcıdır. Çünki o zavodların əksəriyyəti işləyən zavodlar idi".



"Baku Steel Company" poladəritmə zavodu ətrafında baş verənləri isə ekspertlər hakimiyyətdaxili vuruşmanın nəticəsi kimi yox, azad sahibkarlığın inkişaf etməməsi ilə izah edirlər. Bunun nəticəsidir ki, inhisarçı sahibkar hökumətə təzyiq edir.



Azər Mehtiyevə görə, ölkə rəhbərliyinə yaxınlığı ilə seçilən və bir zaman özünü sabiq prezident Heydər Əliyevin "əsgəri" adlandıran şirkət sahibi –Paolo Pərviz inhisarçı mövqeyindən istifadə edərək daha əlverişli imkanlar qazanmaq istəyir.



Toğrul Cuvarlı isə poladəritmə zavodu ətrafında yaşananları siyasi-iqtisadi qarışıqlığın əks-sədası kimi qiymətləndirir: "İqtisadiyyatda vəziyyət bir az nataraz olan kimi adətən hər bir sahibkar çalışır ki, ya öz istehsalını satsın, ya da onu daha da gücləndirsin".



Toğrul Cuvarlı deyir ki, bu mübarizədə sıravi adamlarla yanaşı, bütünlükdə ölkə iqtisadiyyatına da zərbə dəyə bilər. Buna görə də hökumət prosesin davam etməsində iştirakçı olmamalı, həyəcan təbili çalmalı, həmin zavodları xilas etməlidir.



Proses isə deyəsən, davam edir. Ötən həftə məlum oldu ki, daha bir iş adamı – «Bakı Şifer və Keramika» şirkətinin direktoru, «Azərneftyağ» İstehsalat Birliyinin direktoru Ramiz Mirzəyevin qohumu Telman Səfərov da həbs olunub.



DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun sözlərinə görə, o, maliyyə sənədlərini saxtalaşdırmaqda ittiham olunur. Mətbuatda isə Telman Səfərovdan sonr
XS
SM
MD
LG