Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:36

Gələn il minimum əmək pensiyası 60-70 dollara çatdırıla bilər


Səs: Real audio
Rusiyanın Müdafiə naziri «Problemin həllini yalnız Ermənistanla Azərbaycan tapmalıdır, dünya ictimaiyyəti isə, bunun üçün mümkün olan hər şeyi etməlidir» - deyir «2007-ci ildə minimum əmək pensiyası 60-70 dollara çatdırılacaq». Bunu yanvarın 24-də Milli Məclisin altı komissiyası «Əmək pensiyaları haqqında» və «Sosial müavinətlər haqqında» qanun layihələrini müzakirə edərkən Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov dedi. Onun sözlərinə görə, artıq bu istiqamətdə müəyyən addımlar atılmaqdadır.



Cənab Müslümov əlavə etdi ki, ötən ilin avqust ayında prezidentə təqdim olunan qeyri-dövlət pensiya fondlarının fəaliyyətini tənzimləyən qanun layihəsinin üzərində də son tamamlama işləri gedir. Dövlət başçısı tezliklə bu fondların fəaliyyətə başlamasını istəyir.



Səlim Müslümovun sözlərinə görə, artıq Maliyyə Nazirliyinə qeyri-dövlət pensiya fondlarının fəaliyyətinə lisenziya verilməsi məsələsi tapşırılıb.



Müzakirələr zamanı komissiyaların üzvləri qanun layihəsində Milli Məclisin keçmiş deputatlarının pensiya məsələsinə yenidən baxılmasını, birinci qrup əlillərin pensiyasının gözdən əlil olanlarla eyniləşdirilməsini və s. məqsədəuyğun saydılar.



Deputat Vahid Əhmədov dedi ki, əmək pensiyasını ya orta aylıq əmək haqqına, ya da istehlak bazarına uyğunlaşdırmaq lazımdır.
XS
SM
MD
LG