Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:27

Ruslan Bəşirli xəstəxanaya yerləşdirilib


Səs: Real audio
Elçin Qəmbərov onun səhhətinin qənaətbəxş olmadığını deyir «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli ürəyində yaranmış problemlərə görə, xəstəxanaya yerləşdirilib. Atası Cəlil Bəşirovun verdiyi məlumata görə, sonuncu dəfə oğlu ilə görüşəndə ürəyindəki ağrıların kəskinləşdiyini, istintaq zamanı ona fiziki təzyiq göstərildiyini, psixotrop maddələr verildiyini və o vaxtdan da səhhətində problemlər yarandığını söyləyib.



Fevralın 14-də Ruslan Bəşirliylə görüşən vəkili Elçin Qəmbərov da onun səhhətinin qənaətbəxş olmadığını deyir.



Hüquq-mühafizə orqanları isə, istintaq zamanı Ruslan Bəşirliyə qarşı fiziki təzyiq göstərilməsi və ya xüsusi maddələr verilməsi haqda deyilənləri təkzib edirlər.



Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin qərargah rəisi Musa Hümbətov həqiqətən də Ruslan Bəşirlinin səhhətində problem yarandığını, həkimlərin rəyinə görəsə, vəziyyətinin deyildiyi qədər kəskin olmadığını bildirdi. O, deyir ki, Ruslan Bəşirlinin atasının valideyn kimi narahatlığını başa düşürlər və onlar istəsələr, təcridxana xəstəxanasına başqa həkim dəvət edə bilərlər.



AXCP-yə yaxınlığı ilə seçilən «Yeni Fikir» Gənclər Təşkilatının rəhbəri Ruslan Bəşirli ötən il avqustun 4-də Ermənistan kəşfiyyat orqanları ilə əməkdaşlıq etməkdə ittiham edilərək, həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 278-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) qarşı cinayət işi açılıb.
XS
SM
MD
LG