Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:21
Rubrikalar

Qarabağ dalanı


Səs: Real audio
Dövlət Komissiyasının fevralın 18-də mətbuat üçün yaydığı məlumatda isə, bildirilir ki, hələ ki quşçuluq təsərrüfatları və ev quşları arasında sözügedən virus aşkar edilməyib Andrey Babitski: - Sülh prosesində, münaqişənin mümkün həlli vasitələrinin müzakirəsində Dağlıq Qarabağ iştirak etmir. Qarabağ iştirak etmirsə, sülh danışıqlarına dəyərmi?



Qafqaz Media İnstitutunun rəhbəri Aleksandr İskandaryan: - Bu danışıqların imitasiyası yox, doğrudan da danışıqlar olsaydı, tərəflər güzəştin mümkün olduğu mərhələyə çatmış olsaydılar, onda masa arxasına Qarabağ da lazım olardı. Məncə, Azərbaycan da buna təkid edərdi. Amma bu, danışıq yox, danışıqların imitasiyası olduğu üçün orada kimin əyləşməsi, ya da kimin nə danışdığı vacib deyil...



Andrey Babitski: - Rambuye danışıqlarını izləyənlərin fikrincə, nəticədən erməni tərəfi razı qalıb. Çünki ermənilər hesab edirlər ki, vaxt keçdikcə Qarabağ dövlət kimi formalaşacaq və heç nəyi dəyişmək mümkün olmayacaq. Belədirmi?



Sülh və Konfliktlərin Həlli Mərkəzinin sədri Elxan Mehdiyev: - Məncə, hə. Vaxt erməni tərəfinin xeyrinə işləyir. 10 il əvvəl biz başqa məsələləri müzakirə edirdiksə, indi ortaya Qarabağda referendum məsələsi qoyulub. Mən də hesab edirəm ki, inkişafa yalnız Yerevanda, Bakıda vəziyyət dəyişəndən sonra nail olmaq olar...



Sabiq prezident Eduard Şevardnadzenin müşaviri, «Gürcüstan NATO-da» qeyri-hökumət təşkilatının rəhbəri Şalva Piçxadze: - Mən başa düşmürəm ki, Azərbaycan niyə referenduma razı olmalıdır. Axı burada Azərbaycanın marağı nədə ola bilər ki?...



Andrey Babitski: - Yox, bilirsiniz, Şalva, orada referendum bir neçə şeylə əlaqələndirilir. Məsələn, qaçqınlar qayıdar, referendumda iştirak edərlər.



Şalva Piçxadze: - Amma bilirsiniz, Qarabağ qaçqınları Abxaziya qaçqınları kimi bir tərəfdən, elə bil humanitar məsələdir, o biri tərəfdən, qeyri-humanitar, siyasi. Yəni qaçqınlar qayıdandan sonra siyasətçilər saymağa başlayacaqlar, kim daha çoxdur – azərbaycanlı, ya erməni? Axı referendumun nəticəsi bundan asılıdır...



SÖHBƏTİ AUDİO HİSSƏDƏ DİNLƏYƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG