Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:32

Vəkili Əli İnsanovun stasionar müalicəyə göndəriləcəyini deyir


Səs: Real audio
Şəxsi təsərrüfatlarda məhv olmuş quşlara görə əhaliyə kompensasiya ödənməyəcək Fevralın 25-də sabiq Səhiyyə naziri Əli İnsanov stasionar müalicəyə göndəriləcək. Bu barədə «Turan» İnformasiya Agentliyinə onun vəkili Toğrul Babayev məlumat verib. Vəkilin sözlərinə görə, Ə.İnsanovun hansı klinikaya yerləşdiriləcəyi hələ bəlli deyil.



Fevralın 16-da Milli Təhlükəsizlik Nazirliyinin Hərbi-Həkim Komissiyası sabiq nazirdə hipertoniya xəstəliyinin və onurğa nahiyəsində 3 və 4-cü fəqərənin arasında diskin yırtığının olmasını təsdiqləyib. Komissiya müalicənin ambulator qaydada aparıla bilməsilə bağlı rəy verib. Lakin Almaniyanın Münhen şəhərindəki Diaqnostika Mərkəzinin rəyinə görə, Ə.İnsanov stasionar şəraitdə müalicə olunmalıdır.



Martın 22-də Əli İnsanovun 60 yaşı tamam olacaq. O, 2005-ci il oktyabrın 21-də həbs edilib. Dövlət çevrilişinə cəhd də və iğtişaşa hazırlıqda ittiham edilir.

XS
SM
MD
LG