Səs: Real audio
Aksiyaçılar gediş haqqının artırılmasını və yaxud da onlardan alınan rüsumun aşağı salınmasını tələb ediblər Fevralın 25-də Gəncə-Bakı marşrutunda işləyən mikroavtobus sürücüləri etiraz aksiyası keçiriblər. Bakıya sərnişin daşımaqdan imtina edən 50-yə yaxın sürücü dizelin bahalaşmasından sonra indiki qiymətlə işləməyin mümkün olmadığını bildiriblər. Sürücülərin sözlərinə görə, vergi və qeyri-rəsmi ödəmələr nəticəsində cüzi qazanc əldə edirlər.
Aksiyaçılar gediş haqqının artırılmasını və yaxud da onlardan alınan rüsumun aşağı salınmasını tələb ediblər.
Sürücülərin bəzi tələblərində haqlı olduğunu deyən Gəncə Şəhər Nəqliyyat Departamentinin rəhbəri Qəhrəman Hacıyev aksiyaçıların iddia etdiyi qeyri-rəsmi ödəmələr barədə məlumatı olmadığını söyləyib.