Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:00

Gənclər Fondunun yaradılması ilə bağlı hökumətə təklif verilib


Səs: Real audio
Fond gənclər üçün ipoteka kreditlərinin güzəştli şərtlərlə verilməsinə imkan yarada bilər Gənclər və İdman Nazirliyi Gənclər Fondunun yaradılması ilə bağlı hökumətə təklif verib. Təklifdə deyilir ki, nazirliyin nəzdində yaradılacaq bu fond əsasən aztəminatlı gənclərin problemlərinin həlli ilə məşgul olsun. Nazirlikdə hesab edirlər ki, fond gənclər üçün ipoteka kreditlərinin güzəştli şərtlərlə verilməsinə imkan yarada bilər.



Hazırda ipoteka kreditləri ilə bağlı heç kimə güzəşt edilmir. Layihənin müəllifi olan Milli Bankın rəsmiləri bildirirlər ki, bu, sosial yox, kommersiya layihəsidir.



Prezident gənclərə və hərbçilərə ipoteka kreditlərinin güzəştli şərtlərlə verilməsi mexanizminin hazırlanması ilə bağlı fərman imzalasa da, hələ ki, bu qaydalar razılaşdırılmayıb.
XS
SM
MD
LG