Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:46

Təhsil Nazirliyi məktəb tikməyə yer tapmır


Səs: Real audio
Onlar yaşadıqları binanın tikintisinin başa çatdırılmasını tələb edirlər Təhsil naziri Misir Mərdanov ötən həftə keçirdiyi mətbuat konfransında paytaxt məkbətlərindəki sıxlıqdan danışıb, «Bakıda məktəb binası tikməyə yer tapmırıq» demişdi. Nazirliyi maraqlandıran başqa bir sual da var. Nəyə görə, meriya, məsələn, ayrı-ayrı şirkətlərə göydələnlər tikməyə yer ayırır, məktəb üçünsə torpaq tapmaq mümkün olmur?



Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətinin rəhbəri Nuranə Məmmədova bildirir ki, paytaxtda məktəb binalarının inşası ilə bağlı yer ayrılması məsələsinə artıq iki ilə yaxındır ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Komitədə baxılır. Meriya sadəcə, həmin yerin tikinti üçün yararlı olub-olmadığını araşdırır və sənədi təsdiqləyir.



Sözügedən qurumun eksperti Qulu Xəlilov isə deyir ki, söhbət dövlət əhəmiyyətli binanın inşasından gedirsə və əgər bu obyektin tikilməsinə Nazirlər Kabineti razılıq verirsə, Maliyyə Nazirliyinə vəsait, icra hakimiyyətinə isə yer ayırmaq qalır. Daha bunun üçün komitəyə müraciətə ehtiyac olmur.



Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədimov isə deyir ki, maliyyə də var, icazə də, amma yer yoxdur. İki il əvvəl prezident orta məktəblərdə beş günlük təhsil sisteminə keçmək haqda sərəncam imzalayıb. Cənab Qədimov bildirir ki, məktəblərdə otaqların çatışmazlığına görə bu sistemə keçmək mümkün deyil: «Bakı üzrə Təhsil Nazirliyi sistemində 350-yə qədər orta məktəb var. Bunların cəmi 50-də dərslər iki növbədə keçirilir. Qalanlarında bir neçə növbəli dərs sistemi tətbiq olunur».



Paytaxt məktəblərində 400 minə qədər şagirdin oxuduğunu söyləyən F.Qədimov bu statistikanın ilbəil artdığını deyir.



Təhsil Nazirliyinin rəsmisi bildirir ki, hökumət iki il ərzində paytaxtda 70 məktəbin tikilməsinə razılıq verib. Qalan 30 məktəbinsə nə vaxta inşa ediləcəyi bilinmir. O, bildirir ki, işlər belə getsə, problemin həlli müşkülə çevriləcək. Şöbə müdiri onu da söyləyir ki, Təhsil Nazirliyi məktəblərin həyətində əlavə korpuslar tikdirir və ya məktəb binalarının üstündə yeni mərtəbələr inşa olunur.



Təhsildə İslahatlara Yardım Mərkəzinin rəhbəri Zəminə Əliqızı bunu məcburiyyət qarşısında atılan addım sayır.



Bakı Baş Tikinti İdarəsinin sabiq rəisi Emil Axundovsa bildirir ki, başqa yollar var. Bir şərtlə ki, Bakıda torpaq alqı-satqısında ruşvət və korrupsiyanın qarşısı çox yox, bir balaca alınsın. Paytaxtda orta məktəblər əsasən mərkəzi küçələrdə tikilib. O yerlərdə ki, indi torpağın bir sotu 200 min ABŞ dollarından bahadır.



Cənab Axundov deyir ki, xüsusən mərkəzi küçələrdə yerləşən məktəblərdə binalara əlavələr edilməsi yolverilməzdir. Çünki bu binaların əksəriyyəti memarlıq abidəsidir.



Səbayel rayonundakı 160 saylı məktəbdə 2600-yə yaxın şagird 67 sinifdə təhsil alır. Hər sinifdə 25-50 şagird var. Məktəbin direktoru Faina Ələkbərova deyir ki, bura paytaxtın müxtəlif rayonlarından şagirdlər gəlir. Səbəb məktəbdə təhsilin səviyyəsinin yüksək olmasıdır. O, hesab edir ki, darısqallığın qarşısını almaq üçün ən yaxşı yol son dərəcə obyektiv olmaq şərti ilə məktəblərin attestasiyasını keçirməkdir: «Mən həmkarlarımın adına pis nəsə demək istəmirəm. Amma bizim məktəbə uşaqlarını gətirən valideynlərin əksəriyyəti əvvəlki məktəbdə təhsilin səviyyəsindən gileylənir. Məncə, sıxlıq problemini aradan qaldırmağın bir yolu var: Məktəblərin attestasiyasını keçirmək. Qoy, məsələn, 300 yox, 150 məktəb olsun. Bir neçə korpusu, büdcəsi ilə. Bütün bunlar olsa, məsələn, təkcə bizim məktəbdə hər birində 30-35 şagird olmaq şərti ilə 100-ə yaxın sinif açmaq olar».



Faina Ələkbə
XS
SM
MD
LG