Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:23

Azərbaycanda qadınların hüquqları deyildiyi qədər pozulurmu?


Səs: Real audio
«bp-Azərbaycan» şirkəti xəstəliyə qarşı maarifləndirici tədbirlər kimi xüsusi bukletlər, posterlər hazırlayıb Azərbaycan məktəblərində müəllimlərin 70 faizi qadınlardır. Əgər təhsili və səhiyyəni çıxsaq, onda vəziyyət necədir? Məsələn, dövlət idarəçiliyində qadınlar neçə faizdir? Cəmi 3 faiz. Azərbaycan parlamenti ilk oxunuşda qadınlarla kişilərin bərabərliyinin təmin olunması haqda qanun layihəsini təsdiq edib



Milli Məclisin İnsan Hüquqları üzrə Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova ötən cümə günü parlamentdə «Kişi və qadınların hüquq bərabərliyinin təminatı haqqında» qanun layihəsini deputatlara təqdim edərkən deyib ki, Azərbaycan əhalisinin yarısından çoxu - 51 faizi qadınlar olsa da, dövlət vəzifəsində çalışan hər 100 adamdan ancaq 3-ü zəif cinsin nümayəndəsidir. Qadınların arasında işsizlik faizi kişilərə nisbətən yüksəkdir və hər 10 azərbaycanlı qadından az qala 6-sı işsizdir. Düzdür, parlamentdəki müzakirələr zamanı təhsil və səhiyyə sistemində çalışan hər 10 adamdan təxminən 7-sinin qadın olduğu, özəl sektorda işə götürmədə qadınlara üstünlük verildiyi də deyildi. Amma ən əsası odur ki, hətta qadın-kişi bərabərliyi üçün qanun qəbul olunmasını təklif edənlər də, bunun cəmiyyətdəki cinslərarası natarızlıq üzündən deyil, sadəcə, dünyadakı proseslərdən geri qalmamaq üçün edildiyini deyirlər.



Qeyd edək ki, dövlət strukturlarına nisbətən qeyri-hökumət təşkilatları Azərbaycanda qadınların durumunun kişilərə görə daha acınacaqlı olduğunu bildirirlər. Məsələn, Gender İnformasiya Mərkəzinin sorğularına görə, bələdiyyələr və özünüidarə sistemində qadınların iştirakı heç bir faizi də keçmir. Azərbaycan qadınlarının yarısından çoxu ailədə zorakılıq, cəmiyyətdə isə ayrı-seçkiliklə üzləşir, insan qaçaqmalçılığının qurbanı olur, onların məşğulluq, seçmək və seçilmək kimi bir çox hüquqları həm dövlət, həm də kişilər tərəfindən pozulur. Qadınların seçmək və seçilmək, təmsil olunmaq hüququyla bağlı araşdırma aparan və «Səs verəkmi?» kitabının müəlliflərindən biri olan fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdinin fikrincə, Azərbaycan qadınının vəziyyəti Əfqanıstan, İraq və digər bənzər ölkələrdən yaxşı ola bilər. Amma Avropa ilə müqayisədə qadınların vəziyyəti çox ağırdır. Cənab Mehdinin fikrincə, bunun da başlıca səbəbi Azərbaycanın demokratiya standartlarına görə də sivil dünyadan uzaq olmasıdır.



Sənəddə cinsi ayrı-seçkiliyin bütün formaları qadağan edilir. Amma elə bu fikirlərin yer aldığı 3-cü maddədə nələrin ayrı-seçkilik hesab olunmadığı sadalanır və məlum olur ki, qadınlara fiziki fərqliliyindən çıxış edərək üstünlük verən müddəalar ayrı-seçkilik sayılmır və üstəlik ancaq qadın və kişi tərəfindən yerinə yetirilə bilən işi görənə tapşırmaq da diskriminasiya deyil. Amma hansı işlərdən söhbət gedir - qanunda bu barədə bir kəlmə də yoxdur. Professor Niyazi Mehdi cəmi 22 maddədən ibarət bu layihənin qadın və kişilər arasında hüquq bərabərliyi yaradacağına inanmır. Onun sözlərinə görə, qanun yetərincə mücərrəd və ümumi olduğundan onun real işləməsi mümkün deyil.



Layihənin müəlliflərindən olan Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova isə, qadın-kişi bərabərliyinin təmin olunması üçün yetərincə hüquqi baza və mexanizmlər yaradıldığını düşünür. Deyir ki, qanunun işləməsinə nəzarət və başqa detallar layihənin 2-3-cü oxunuşlarında daha da dəqiqləşdiriləcək və nəzərdə tutulan məsuliyyət tədbirləri ilə sənədin həyata keçirilməsi təmin olunacaq.



Layihənin 16-cı maddəsində deyilir ki, işçilərin kütləvi şəkildə işdən azad edildiyi hallarda işdən azad edilən şəxslərin sayı həmin idarədəki eynicinsli işçil
XS
SM
MD
LG