Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:29

Gəncənin 15-dən çox yaşayış məntəqəsinə təbii qazın verilməsi dayandırılıb


İki gündür ki, Gəncənin 15-dən çox yaşayış məntəqəsinə təbii qazın verilməsi dayandırılıb. Gəncə Qaz İdarəsi bunun səbəbini əhalinin qazpulunu ödəməməsiylə izah edir. Aprelin 25-də etiraz edən 5-ci mikrorayon, Üzeyir Hacıyev məhəlləsinin sakinləri isə hər ay qazpulu ödədiklərini deyirlər.



Bu ilin 3 ayı ərzində əhaliyə 4 milyon 13 min yeni manatlıq qaz satıldığı halda, 530 min manat ödənişin olduğunu deyən Gəncə Şəhər Qaz İdarəsinin baş mühəndisi Cavad Məmmədov hesab edir ki, problemi həll etmək üçün abonentlərin qazını kəsməkdən başqa ayrı təsir vasitələri yoxdu. Baş mühəndis deyir ki, «Azəriqaz» onlara bu ayın axırına qədər yığım səviyyəsini 70 faizə qaldırmağı tövsiyə edib, əks halda şəhərə qaz verilməsi dayındırılacaq.



Problemin sayğac quraşdırılması yoluyla həll edilməsinə gəlincə, cənab Məmmədov deyir ki, gərək əhali qazpulunu ödəsin ki, şəhər qaz idarəsinin də sayğac almağa vəsaiti olsun.


XS
SM
MD
LG