Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:20

Azərbaycanda hər yeni doğulan min uşaqdan 29-u ölür


Azərbaycanda hər yeni doğulan min uşaqdan 29-u ölür. Qazaxıstanda bu göstərici 16-ya, Türkiyədə isə 22-yə bərabərdir. Dünyaya yeni gələnlər arasında ən az ölüm isə Yaponiya, Çexiya, Finlandiya və İslandiyadadır. Bu ölkələrdə hər min yeni doğulan uşaqdan üçü və ya dördü vəvat edir. Bu barədə Birləşmiş Ştatlardakı «Save the Children» ( Uşaqları xilas edin) müstəqil xeyriyyə təşkilatının yeni yaydığı hesabatında deyilir. Son araşdırmaya görə, ən ağır durum Liberiya, Əfqanıstan, Pakistan və İraqdadır. Afrika ölkəsi Liberiyada hər doğulan min uşaqdan 65-i, Əfqanıstanda isə 60-ı vəfat edir. Azərbaycan uşaq ölümünə görə, inkişafda olan 78 ölkə arasında 23-cü yerdədir.


Ana və uşaqların sağlamlığı üçün ən yaxşı yer isə İsveç sayılır.








XS
SM
MD
LG