Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:49

Gəncədə Çin avtomobillərinin istehsalına başlanacaq


Mayın 11-də Gəncə avtomobil zavodu Çin Xalq Respublikasının «Li Fan» şirkətiylə 2008-ci ilə qədər müqavilə imzalayıb. Zavodun direktoru Xanlar Fətiyev bildirir ki, artıq bir-iki aydan sonra Çin avtomobilinin yığımına başlayacaqlar. Onun sözlərinə görə, «Li Fan» şirkəti birinci mərhələdə «Sidon» markalı 40 minik maşınının yığılması üçün hissələri verəcək: «Xam malın Gəncəyə çatdırılması da bu mərhələdə şirkətin öhdəliyindədir». Gəncə zavodu isə yığdığı maşını Gürcüstan, Rusiya, İran və Qazaxıstan bazarına çıxarmaq hüququna malikdir.


Bir avtomobilin qiyməti 9-11 min dollar arasında olacaq. Ancaq gömrük rüsumunda fərq olarsa, qiymətlərin düşmək ehtimalı da var. Xanlar Fətiyev deyir ki, bunun üçün Nazirlər Kabinetinə müraciət ediblər: «Maşının hissələrinin ölkəyə gətirilməsi nə qədər ucuz başa gəlsə, qiymət də o qədər ucuz olacaq».


«Li Fan» şirkətinin layihə meneceri Sun Çzeçzyunun sözlərinə görə, Gəncə avtomobil zavodunun texniki avadanlığı və kadr potensialı burda çeşidli nəqliyyat növlərinin yığılmasına imkan verir. İl ərzində isə min ədəd «Sidon» markalı avtomobil buraxılması nəzərdə tutulur.


Gəncə avtomobil zavodu Çinin daha bir şirkətiylə də əməkdaşlıq edəcək.


İndiyədək zavod Rusiyanın iki şirkətiylə müqavilə imzalayıb. Ötən il «Oka» markalı maşının istehsalı dayandırılıb, «UAZ» yük maşınlarının yığımı isə davam edir.


XS
SM
MD
LG