Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:44

Cənubi Koreya «İnam» yatağının işlənməsində Azərbaycanın payının bir hissəsini almaq istəyir


Cənubi Koreya Milli Neft Şirkəti «İnam» yatağının işlənməsində Azərbaycan tərəfinin payının bir hissəsini almaq istəyir. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev mayın 11-də Bakıda keçirilən Koreya-Azərbaycan biznes-forumunda jurnalistlərə belə deyib. Rövnəq Abdullayevin sözlərinə görə, məsələylə bağlı artıq danışıqlar aparılır və qarşılıqlı anlaşmayla bağlı memorandum da hazırlanıb, «İnam» perspektiv layihəsiylə bağlı hesablamalar Koreya tərəfinə verilib. «İnam» perspektiv layihəsində «BP» və «Royal Datç Şell» kompaniyalarının hərəyə 25, Dövlət Neft Şirkətinin isə 50 faiz payı var.


Dövlət Neft Şirkətinin rəhbəri öz daxili imkanları hesabına gələn il başqa bir – «Qarabağ» yatağının işlənmsinə başlayacaqlarını da bildirib. Cənab Abdullayev dyeib ki, aparılan hesablamalara görə, yataqda platformanın qurulmasına 80, quyuların qazılmasına isə 100 milyon dollar vəsait lazım olacaq. Və yataqda ən azı 10 milyon ton neft və 6 milyard kubmetrdən çox qaz ehtiyatı olduğunu nəzərə alanda, bugünkü qiymətlərlə xərclənən vəsaiti qısa zamanda çıxarmaq mümkündür.


XS
SM
MD
LG