Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:30

Aktual suallar


QAYTARILACAQ VƏSAİTLƏR NƏ QƏDƏRDİR?




Mətbuata sızan xəbərlərə görə, vətəndaşların sovet dövründə əmanət banklarında olan vəsaitləri 4 – 6 milyard rus rublu səviyyəsində qiymətləndirilir. Ötən çağırış parlamentin iqtisadi siyasət məsələləri komissiyasının sədri Səttar Səfərov təklif edirdi ki, əmanətlərin hazırkı dəyəri 1.5 milyard dollar vəsaitə bərabər götürülsün. İqtisadçı ödəmələrin 10 ilə başa çatacağını proqnozlaşdırır.




VƏSAİTLƏR NƏ VAXTA QƏDƏR ÖDƏNİLƏCƏK?




Bu ilin əvvəlində maliyyə nazirliyindən sızan məlumatlara görə, ödəmə müddəti 8 ilə salınacaq, əmanətin məbləğindən başqa, əmanətçilər yaşlarına görə də qruplara bölünəcək və prosesin əvvəlində daha yaşlı və aztəminatlı təbəqəsinin nümayəndələri əmanətini 1 rubla bir dollar nisbətində geri alacaq. Sosial təminatı normal olan cavan əmanətçilərin isə pullarını daha az nisbətdə və müəyyən qədər yaşa dolandan sonra alması daha realdır. Ekspertlərin hesablamadırana görə, bundan ötrü 600 milyon dollar vəsait tələb olunacaq.


XS
SM
MD
LG