Bu il ölkədə əməkhaqları və pensiyalar artırılacaq. Maliyyə naziri Samir Şərifov mayın 23-də parlamentin iclasında 2006-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı müzakirələrdə belə deyib. Amma nazir maaşların nə vaxt artırılacağını və artımın kimlərə şamil ediləcəyini deməyib.