Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:33

Aclığa qoşulmaq istəyən tələbələri universitetə buraxmırlar


Tələbələrin bir çoxu inadkarlıq göstərərək binaya daxil ola bilib
Tələbələrin bir çoxu inadkarlıq göstərərək binaya daxil ola bilib

Müstəqil Azərbaycan Universitetinin tələbələri aclıq aksiyasını davam etdirilər. İyunun 7-sində günün birinci yarısı aclıq edən tələbələrə qoşulmaq üçün universitetə gəlmək istəyən tələbələrin universitet rəhbərliyi binaya daxil olmasına icazə verməyib. Tələbələrdən Elnur Məmmədov «Azadlıq» radiosuna bildirib ki, səhhəti pisləşdiyinə görə aksiyanı dayandıranların yerinə aclığa qoşulmaq istəyənləri içəri buraxmasalar da tələbələrin bir çoxu inadkarlıq göstərərək binaya daxil ola biliblər.


Elnur Məmmədov deyir ki, onların ümidi hüquq müdafiəçilərinə qalıb. Hüquq müdafiə təşkilatlarının təmsilçiləri tələbələrə bildiriblər ki, onlar problemi yerli və beynəlxalq təşkilatların diqqətinə çatdıracaqlar. İyunun 6-da aclıq edən tələbələrə millət vəkili İqbal Ağazadə, hüquq müdafiəçiləri Səidə Qocamanlı, Səadət Bənənyarlı və Novella Cəfəroğlu baş çəkib.


Polisin aclıq edən tələbələri universitet binasından zorla çıxaracağı haqqında məlumatlar verilsə də hələlik belə bir insident baş verməyib.


Müstəqil Azərbaycan Universitetinin bir qrup tələbəsinin iyunun 1-dən başladığı aclıq aksiyasının məqsədi başqa universitetlərə bərpa olunmaqdır.


XS
SM
MD
LG