Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:34

Azərbaycanın adı Dik Martinin hesabatına necə düşüb?


XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə
XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə

XİN rəsmisi Tahir Tağızadə bunu ölkənin geostrateji mövqeyi ilə əlaqələndirir


Azərbaycanın adının AŞPA-nın Avropada gizli həbsxanalarla bağlı hesabatına düşməsi ölkənin geostrateji mövqeyi ilə bağlıdır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə «Azadlıq» radiosuna deyib. Tahir Tağızadənin sözlərinə görə, Azərbaycanın geostrateji mövqeyi elədir ki, bir çox marşrutlar onun ərazisindən keçir.


AŞPA məruzəçisi Dik Martinin hazırladığı hesabatda Azərbaycan «B» kateqoriyasına aid edilir. Sənəddə göstərilir ki, respublika ərazisindən uçuşların və uçuş heyətlərinin planlaşdırılması və koordinasiya nöqtəsi kimi istifadə olunub.


XİN rəsmisi Tahir Tağızadə heç bir halda Azərbaycanın insan haqları və bu sahədə beynəlxalq konvensiyaların pozulmasına yol vermədiyini deyir. Cənab Tağızadənin bildirdiyinə görə, Avropa Şurası tərəfindən təşəbbüs olacağı halda, Azərbaycan məsələ ilə bağlı bu qurumla açıq və şəffaf şəkildə əməkdaşlıq edəcək.


Tahir Tağızadə əlavə edir ki, Azərbaycan terrorçuluğa qarşı beynəlxalq koalisiyanın fəal üzvüdür, texniki, məlumat mübadiləsi, həm də operativ əməkdaşlıq edir. Azərbaycan hökumətinin nəzarətində olan ərazilərdə belə pozuntulara yol verilə bilməz. İşğal altında olan torpaqlar barədəsə Azərbaycanın məlumatı yoxdur.


XS
SM
MD
LG